vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
12:44 | 24 fevral 2022 | Cümə axşamı Məqaləyə 1501 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rublun ən aşağı həddə düşüb

Rusiya şirkətlərinin səhmlərində ciddi ucuzlaşma var

MÖVZU İLƏ ƏLAQƏLİ

Cümə axşamı günü Rusiyanın milli valyutası avro və dollar qarşısında 10 faiz dəyər itirərək, tarixi minimumu yeniləyib. Moskva Birjası bütün valyuta ticarətinin təxirə salındığını elan edib. Moskva vaxtı ilə səhər saat 9-a olan məzənnəyə görə, bir avro 100 rubldan baha mübadilə edilir. Dolların rubla qarşı məzənnə fərqi isə 90 rubla çatıb.

Rusiyanın Donbasda hərbi əməliyyatlarını əsas gətirən Moskva Birjası, səhər saat 8-dən etibarən (Moskva vaxtı) bütün valyuta bazarlarında aparılan ticarəti dayandırmışdı. Saat 10-dan başlayaraq isə məhdudiyyət aradan qaldırılıb.

Fond birjalarının açılmasından dərhal sonra Rusiya Ticarət Sistemi indeksi (RTS) 1000 bənd dəyər itirərək, 2020-ci ilin aprelindən bəri ən aşağı həddə düşüb.

Moskva Birja indeksi isə 2700 bənd azalaraq, 2020-ci ilin noyabrından bəri qeydə alınan rekordu yeniləyib.

Rusiyanın ən böyük şirkətlərinin bazardakı payları da ciddi itki ilə üzləşib.

“Sberbank”ın səhmləri 10.8 faiz, Norilsk Nickel 12.4 faiz, Qazpromun adı çəkilən qiymətli kağızları isə 11.5 faiz ucuzlaşıb.

Rusiya Mərkəzi Bankı rublun məzənnəsini qorumaq üçün zəruri maliyyə müdaxilələri edəcəyini bildirib.

“Maliyyə bazarında sabitliyi təmin etmək məqsədi ilə, Rusiya Mərkəzi Bankı xarici valyuta bazarına müdaxilə etməyə qərar verib. Bura Lombard siyahısının genişləndirilməsi və bank sektorlarında likvidliyin artırılması daxildir”, - ölkənin əsas maliyyə tənzimləyicisinin bəyanatında belə deyilir.

Qurumdan bildirilib ki, geosiyasi gərginliyin artması fonunda Mərkəzi Bankın bütün mümkün ssenarilərə qarşı fəaliyyət planı mövcuddur.

Rusiyada fəaliyyət göstərən kommersiya bankları hələlik işlərində hər hansı problemin olması ilə bağlı məlumat verməyiblər.

“Sberbank” rəsmiləri geosiyasi vəziyyətin bütün inkişaf səviyyələrinə və müştərilərin maraqlarını qorumağa hazır olduqlarını deyiblər.

“Metallinvestbank”ın xarici valyuta bazarları üzrə baş mütəxəssisi Sergey Romançuk bildirib ki, Donbasda baş verənlər maliyyə bazarı iştirakçıları üçün “sürpriz” olub.

“Bütün xarici kəşfiyyat xidmətlərinin məlumatlarına baxmayaraq, çox az insan inanırdı ki, Rusiya hərbi əməliyyatlara başlayacaq. Bu maliyyə bazarı üçün ciddi dəyişiklikdir. Bazar infrastrukturu da daxil olmaqla, Rusiya gələcək bütün təhdidlərə hazır olmalıdır”, bank nümayəndəsi BBC-yə bildirib.

Bazarlarda təşviş fevralın 24-ü gecə saatlarında, Prezident Vladimir Putinin Donbasda hərbi əməliyyatla bağlı elanı verməsindən sonra başlayıb.

Rusiyaya məxsus bütün aktivlər darmadağın olub və dünya enerji bazarında neft qiymətləri 100 dolları ötüb.

Avropada qazın 1000 kub metrinin qiyməti bu gün səhər saatlarından etibarən 1400 dollara yüksəlib.