O uzaq, yaşıl ada ...
Rusiyalı oliqarxlar “qara pullarını” harada gizlədir?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
“Qlobal ticarət yoxsulluğa kömək etmir”
DTT-nin hesabatı: “10 faiz zənginin gəliri, 50 faiz kasıbdan qazancından 79 dəfə çoxdur”
-
Qərbin lüks mallarının bazarları daralır
Daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır
-
15 ildə ən böyük artım
FED faiz dərəcəsini qaldırdı
-
Yaponiya Bankından müdaxilə
Yenin faiz dərəcəsi niyə bu qədər aşağı saxlanılır?
-
Dollar müqaviməti qıracaqmı?
Dünya birjaları 108 indeksinə fokuslanıb
-
Bu gün gözlər Almaniyada
Dolların enişini durdura bilən yoxdur
-
Almaniya biznesində ümid ...
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
-
FED diqqəti risklərə çəkdi ...
Türk lirəsinin taleyi bu gün həll olunur
-
Qarışıq dalğalanma ...
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
-
... Amma həftəni Avropa həll edir
ABŞ-da dollarla bağlı qərarlar alındı ...
-
“Şahin” açıqlamalar
FED rəsmilərinin bəyanatları və “DXY”
-
Dollar qəddini düzəldir
FED rəsmilərinin açıqlamaları enişdi durdurdu
-
Avronu nə durdurdu?
Dünyanın aparıcı valyutalarının mübarizəsi güclənib ...
-
Avro dolları keçdi
Qızıl da bahalaşmaqda davam edir
Onilliklər ərzində rus oliqarxları qanunsuz yolla əldə edilmiş milyardlarla dolları xaricə köçürüblər. Bu vəsaitin izini tapmağı son dərəcə çətinləşdirmək üçün onu “qabıq” (heç bir ofisi və işçisi olmayan və yalnız kağız üzərində mövcud olan) şirkətlərə qoyublar.
İndi dünya ölkələri bu vəsaiti tapmaq üçün addımlar atır.
Dünyada nə qədər “qaranlıq rus pulu” var?
ABŞ-ın “Atlantic Council” (“Atlantika Şurası”) Analitik Mərkəzi bildirir ki, rusların xaricdə gizlətdiyi “qaranlıq pul”un həcmi təxminən 1 trilyon dollar cıvarındadır.
Onun 2020-ci il hesabatında bu məbləğin dörddə birinə Rusiya prezidenti Vladimir Putin və onun yaxın adamları - “oliqarxlar” kimi tanınan varlı rusların nəzarət etdiyi təxmin edilir.
“Bu pullar Kreml tərəfindən casusluq, terrorizm, sənaye casusluğu, rüşvətxorluq, siyasi manipulyasiya, dezinformasiya və bir çox başqa mənfur məqsədlər üçün istifadə edilə və idarə oluna bilər”, - hesabatda deyilir.
“Qara pul” necə əldə edilib?
ABŞ-ın digər beyin mərkəzi sayılan “National Endowment for Democracy” (Demokratiya naminə Milli Fond) deyir ki, Putin yaxın adamlarını “dövlət büdcəsindən oğurlamağa, özəl bizneslərdən pul qoparmağa və hətta gəlir gətirən müəssisələrin açıq şəkildə ələ keçirilməsinin təşkilinə” təşviq edib.
Orada deyilir ki, bu yolla onlar dəyəri 10 milyardlarla ölçülən şəxsi sərvətlərini toplayıblar.
Rusiyanın müxalifət liderləri Boris Nemtsov və Vladimir Milov iddia ediblər ki, 2004-2007-ci illər arasında neft nəhəngi “Qazprom”un vəsaitlərindən Putinin yaxınlarına 60 milyard dollar köçürülüb.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən dərc edilən Pandora Sənədləri qeyd edir ki, Putinə yaxın insanlar çox varlanıblar və ona öz sərvətlərini köçürməkdə kömək edə bilərlər.
Pul harada saxlanılır?
Tarixən bu pulların çoxu əlverişli vergi mühiti olan Kiprə gedib. Bəziləri üçün ada “Moscow on the Med” (“Aralıq dənizi sahilindəki Moskva) kimi tanındı.
Atlantika Şurasının məlumatına görə, təkcə 2013-cü ildə Rusiyadan 36 milyard dollar pul çıxıb. Vəsaitin çox hissəsi həqiqi sahiblərini gizlətmək üçün istifadə olunan “qabıq şirkətlər”i vasitəsilə ölkədən çıxarılıb.
2013-cü ildə Beynəlxalq Valyuta Fondu Kipri ”shell şirkətləri”nin (“qabıq şirkətlər”) saxladığı on minlərlə bank hesabını bağlamağa razı salmışdı.
Britaniyanın Virgin adaları rus pulunun sevimli sığınacağıdır
Britaniyanın Virciniya və Kayman adaları kimi ölkənin digər kənar əraziləri də sevimli istiqamətlərdir.
“Global Witness”in hesabatında deyilir ki, 2018-ci ildə rus oliqarxlarının bu vergi cənnətlərində təxminən 45,5 milyard dollarlıq maliyyə ehtiyatları var.
Bu pulun bir hissəsi Nyu-York və London kimi maliyyə paytaxtlarına yol tapır və orada investisiya kimi istifadə edilə və gəlir gətirə bilər.
“Transparency International” antikorrupsiya təşkilatı iddia edir ki, Böyük Britaniyanın ən azı 2 milyard dollarlıq əmlakı maliyyə cinayətlərində ittiham olunan və ya Kremllə əlaqələri olan ruslara məxsusdur.
Rusiyada çirkli pulların yuyulmasının genişliyi 2014-cü ildə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Korrupsiya Hesabatı Layihəsinin “Rusiya Camaşırxanası”na təqdim etdiyi hesabatda daha da ifşa edilib. Bildirilib ki, 2011-2014-cü illər arasında 19 Rusiya bankı 96 ölkədə 5140 şirkət vasitəsilə 20,8 milyard dollar çirkli pul yuyub.
Pul necə gizlədilir?
Rusiyalı oliqarxların xaricdə öz “qara pullarını” gizlətmələrinin adi üsulu “qabıq şirkətlər”dir.
“Bu oliqarxlar öz vəsaitlərini qanuni yolla gizlətmək və yumaq məqsədi ilə dünyanın ən yaxşı hüquqşünaslarını, auditorlarını, bankirlərini və lobbiçilərini işə götürürlər”, - Atlantika Şurası bildirir.
“Ciddi bir oliqarxın ofşor yurisdiksiyalarında çoxlu sayda anonim qabıq şirkətləri var və onun vəsaitləri onların arasında ildırım sürəti ilə hərəkət edir”.
2016-cı ildə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu “Panama Sənədləri”ni nəşr etdi və bu sənəddə təkcə bir şirkətin varlı ruslar üçün 2071 “qabıq şirkət” qurduğu göstərildi.
Oliqarxların qara pullarını ifşa etmək üçün hansı addımlar atılır?
Ukraynanın işğalından sonra ölkələr Rusiya pullarının izinə düşmək üçün bir sıra tədbirlərə start veriblər.
ABŞ Rusiya oliqarxlarının maliyyəsini sıxışdırmaq üçün yeni “KleptoCapture” işçi qrupu yaradır.
Yeni qurum Ədliyyə Departamenti tərəfindən idarə olunacaq və qeyri-qanuni yolla əldə olunan aktivlərə əl qoymaq üçün nəzərdə tutulub.
Böyük Britaniya hökuməti “Açıqlanmayan Sərvət Sərəncamları” (UWOs) haqqında qərardan istifadəni genişləndirib. Bu, Birləşmiş Krallıqda nağd pulla aktivlər alan insanları öz maliyyə mənbələrini açıqlamağa məcbur edən hüquqi bazadır.
Kipr rus pulları üçün o qədər məşhur bir yerdir ki, ona “Aralıq dənizindəki Moskva” deyilir.
Hesabın Dondurulması haqqında Sərəncamlar (AFO) isə məhkəmələrə imkan verir ki, cinayət fəaliyyətində istifadə edilən vəsaitləri dondursun.
Britaniya hökumət İqtisadi Cinayətlər Qanununu qəbul etməklə, ölkədən uzaqda yerləşən suveren ərazilərində benefisiar mülkiyyətinin reyestrini də təsdiqləmiş oldu.
Böyük Britaniya zəngin əcnəbilərə ölkəyə külli miqdarda pul yatırdıqları təqdirdə yaşamaq hüququ verən “qızıl viza sxemi”ni də ləğv edib.
Rus pulunun sevimli sığınacağı olan Malta da oliqarxlara vətəndaşlıq almağa imkan verən “qızıl pasport” sxemini ləğv edib.
Kipr və Bolqarıstan 2020-ci ildə “qızıl pasport” sistemlərini ləğv etdilər.