

Güllələnən iki nəfərdən biri SEPAH üzvü olub
SEPAH-ın kəşfiyyat “şefinin” xəstəxanaya yerləşdirildiyi bildirilir
Hakimiyyət kanalları Azərbaycanı şiəliyə qarşı müharibədə günahlandırır
Məhəmmədrza Həsəni Ahəngər “Parçin”ə edilən hücumda öldürülüb
İran satılmışlarla Bakıda nəyi almaq istəyir?
Argentinada saxlanılan təyyarənin “Qüds” qüvvələri ilə əlaqəsini sübut edən dəlillər var
SEPAH “media zabiti” adlandırılan Əli Qolhəkini həbs edib
Öldürülən SEPAH zabitləri ilə bağlı yeni iddia
İran İnqilab Keşikçiləri Qvardiyası hərbçilərinin ölümü müəmmalı olub
Sanksiyalar məruz qalan şirkətin təyyarəsi 3 dəfə artıq ekipajla şübhəli reyslər keçirib
Əli İsmayılzadənin ölümü barəsində ziddiyyətli xəbərlər var
SEPAH-ın öldürülmüş polkovniki ilə bağlı iddia
Fars-molla rejimi qanunsuz həbs etdiyi əcnəbilər qarşılığında xarici dövlətlərdən imtiyaz tələb edir
Azərbaycana qarşı köhnə tezislər baş qaldırır
Yad əbalı, başı əmmaməlilərin cəhdləri fiaskoya uğradı
SEPAH Azərbaycana “sərhəd təhdidi”ni niyə yeniləyir?
Azərbaycan bütün qonşuları ilə normal münasibətlər qurur və bunu sağlam strateji məntiqlə inkişaf etdirmək əzmində olan mövqe nümayiş etdirir. Bu yaxınlarda İranla da Cənubi Qafqazdakı yeni çağırışlar kontekstində yeni sənəd imzalandı və bu, münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarır.
Ancaq təəssüflər olsun ki, İran hərbi-siyasi sistemində dərin kök salmış qüvvələr və onların himayə etdiyi qrupların Azərbaycana qarşı şüuru dəyişmir ki, dəyişmir.
Çoxları elə bilir ki, Azərbaycanla münasibətlərə tıxac vurmaq istəyən İran hakimiyyətidir, daha doğrusu prezidentlik institutdur.
Ancaq məsələ bu qədər sadə deyil, İrandakı hakimiyyət müvəqqətidir, onun əsas funksiyası digər ölkələrlə iqtisadi prioritetlər əsasında münasibətlər inşa etməkdir.
Prezidentlik institutunun yazılmayan mənəvi funksiyası da mövcuddur, belə ki, hər hansı ölkə ilə münasibətlər pozulanda İran iqtidarı ali rəhbərliyin ittiham edilməməsi üçün bufer zonaya çevrilir.
İran iqtidarı Tehranın köklü siyasətinə müdaxilə etmək potensialına malik deyil, həlledici qərarları ali dini rəhbər və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) verir.
SEPAH üçün həmişə düşmən lazımdır, rəsmi Tehranın “şiə hilalı” strategiyasının həlledici icraçısıdır, hər hansı müsəlman ölkəsində iğtişaşlar olarkən SEPAH bundan qazanır və hakimiyyətlərə qarşı alternativlər formalaşdırır.
Kimlərsə düşünə bilər ki, “ərəb baharı” İranı narahat edirdi, bəlkə də belə idi, ancaq həm də sevindirirdi. Çünki “ərəb baharı” rəsmi Tehranın siyasi şiəlik xəttini vəcdə gətirirdi, həmin ölkələrdə hakimiyyətlərə alternativ qrupları fəallaşdırırdılar.
Azərbaycan-İran münasibətlərindəki gərginlik dövründə də Tehran belə meylləri Azərbaycana daşımaq istəyirdi, lakin Bakı bunun qarşısını müvəffəqiyyətlə aldı və normal münasibətlərin qurulması üçü formulları masaya qoydu.
Ancaq düşmən axtarışı ilə özünün mövcudiyyətini gücləndirməyə çalışan SEPAH, ona bağlı qruplar Azərbaycan-İran sənədi imzalandıqdan sonra fəallığının rəngini tündləşdirir.
SEPAHA yaxın media qurumları İranın ballistik raketləri ilə qürrələnərək virtual olaraq Bakını da hədəf götürürlər.
Bundan əvvəl isə Azərbaycan nümayəndə heyəti İrəvana gedib, İrəvandakı Göy Məsciddə olarkən İrandakı radikal başlar səslərini ucaldaraq həmin məscidin İrana məxsusluğunu sübut etməyə girişdilər.
Azərbaycan-İran münasibətlər iqtisadi zəminlər üzərində inkişaf edərək yeni sferaya qədəm qoyacaq, amma Tehranın köklü radikal simaları özlərinin təbliğat dili olan qrupları önə verərək siyasi əlaqələrin inkişafına mane olacaqlar.
Azərbaycan isə normal münasibətlərə açıqdır, təbii ki, özünün maraqları və qırmızı cizgiləri çərçivəsində.