3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
11:29 | 19 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 559 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Bu gün öz heç kimə lazım deyil
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Nikol Paşinyan Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdən bir gün əvvəl İrəvanda Qarabağ separatçılarının lideri Araik Arutunyanla və separatçıların “Təhlükəsizlik Şurasının sədri” Vitaliy Balasanyanla görüşüb. Rusiya və Ermənistan saytlarının məlumatına görə, Araik Arutunyan Paşinyandan tələb edib ki, Ermənistanın baş naziri “Qarabağın müstəqillik” mövqeyindən geri çəkilməsin.
Nikol Paşinyan adətən səfərlərdən sonra Qarabağ separatçılarını lideriylə görüşüb onların mövqeyini nəzərə aldığını söyləyərdi. Bu dəfə isə Paşinyan səfərdən əvvəl separatçıların lideri ilə görüşüb. Paşinyan Rusiyaya səfər etmədən əvvəl nədən separatçılarla görüşüb? Axı Qarabağla bağlı aralarında fikir ayrılığı var. Görünür, Paşinyan bu yolla xarici auditoriyaya mesaj göndərmək istəyir ki, onu Azərbaycanla sülhün əldə edilməsi məsələsində çox sıxmasınlar, çünki Qarabağ separatçıları ona təzyiq edir. Brüssel Paşinyana öz sözünü deyib: “Azərbaycanın ərazi bütövlüyünü tanı, Qarabağla bağlı “status” tələbindən əl çək”. Moskva da Paşinyana eynisini desə, məsələni bitmiş hesab etmək olar. Ancaq Kremlin gərgin münasibətlərdə olduğu Brüsselə eynisini deyəcəyi ehtimalı azdır.