
Neft qiymətlərində 5 ayın ən zəifi
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
OPEC+ istehsal artımı gözlənilir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
ABŞ prezidentinin Rusiya açıqlaması qiymətlərə təsir etdi
Rusiya neft emalı zavodlarına hücum qara qızılı bahalandırdı
Trampdan Avropaya çağırış
Avropa Birliyi Rusiyadan neft idxalına embarqo tətbiq etmək niyyətindədir. Söhbət idxalın 25 faizini ödəyən Rusiya neftindən imtinadan gedir.
Neft embarqosu reallaşarsa, bu Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub.
Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqdam ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiyaya ən azı 100 milyard dollardan artıq ziyan vuracaq. Mövcud qiymətlər ilə bu daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil.
Neft embarqosu “qara qızılın” qiymətinin kəskin artmasına səbəb ola bilər. Doğrudur, Qərb OPEK daxili mənbələr hesabına bazara daha çox neft çıxarmağa çalışır və bu da davam edəcək. Amma OPEK-in özünün də qısa zamanda boşluğu doldurmaq imkanları yüksək deyil. Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji ölkələrinin, o cümlədən Azərbaycanın valyuta gəlirlərinin artmasına gətirib çıxarsa da birjalardakı qeyri-müəyyənlik uzunmüddətli dövr üçün səmərəli olmaya bilər. Bütün bunlar ilə yanaşı reallıq bundan ibarətdir ki, hələ bir müddət birjalarda volatillik yüksək olaraq qalacaq. Bu yarışda isə qazananlar ilə yanaşı uduzanların da sayı az deyil.