NATO genişlənir...
Böyük Britaniya Finlandiyanın təhlükəsizliyinə qarantiya verdi
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçkidən 5 gün sonra yanğın
Saksoniya dağlarındakı yanğın əyalətə nə qədər ziyan vurub?
-
ABŞ ordusu neçə cəbhədə döyüşə bilər?
Müttəfiqləri öz müdafiələri barədə düşünməli, Pentqaona çox da bel bağlamamalıdır
-
Stoltenberqdən Çinə çağırış
NATO-nun baş katib: “Rusiyaya dəstəyi dayandırın”
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı işğalçı müharibəyə başlaması bəhanəsindən biri də Ukraynanın guya NATO-ya üzv qəbulu perspektiviylə bağlı idi. Halbuki, Şimali Atlantika Bloku və təşkilatın Fransa və Almaniya kimi üzvləri Ukraynanın və Gürcüstanın NATO üzvlüyü əleyhinə olduqlarını gizlətmirdilər. İndinin özündə də Kiyevə açıq deyirlər ki, Ukrayna hətta onilliklər ərzində təşkilatın üzvlüyünə qəbul oluna bilməyəcək.
Buna baxmayaraq, Kreml Rusiya əhalisini NATO ilə qorxutmağa davam edir. Kreml sahibi 9 mayda hərbi paradda çıxışında guya NATO-nun Ukrayna ilə birgə Krıma hücuma hazırlaşdıqlarını elan etdi və Rusiya Ukraynaya hücum etməsəydi, guya Şimali Atlantika Bloku yarımadanı ələ keçirmək üçün hərəkətə keçəcəkdi. Bu NATO haqqında növbəti miflərdən biridir. Nə NATO, nə də Ukrayna rəhbərliyi Krımı hərbi yolla geri qaytarmağı planlaşdırırdı. Bunun mümkün olmayacağını həm Brüssel, həm də Kiyev anlayırdı. Ukrayna prezidenti Vladimir Zelenskinin gücü sadəcə ötən ilin avqust ayında Kiyevdə “Krım platformasının” keçirilməsinə çatdı. İndinin özündə də müharibənin davam etdiyi müddətdə Kiyev Krımdan çox 24 fevraldan sonra işğal olunan ərazilərin geri qaytarılması haqqında düşünür.
Bu arada, uzun onilliklər neytral siyasətə üstünlük verən Finlandiya və İsveç NATO qoşulmaq barədə qərar verdilər. Finlandiya və İsveç Ukraynadakı işğalçı müharibə fonunda NATO-ya üzv qəbul edilsələr, bu amilin özü Kremlin regional siyasətinin növbəti məğlubiyyəti olacaq. Çünki Finlandiya və İsveç keçmişdə SSRİ, sonrakı illərdə isə Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün NATO-ya üzv olmurdular. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi yeni reallıqlar yaradıb. Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaq və bu dövlətdən özünü qorumaq istəyənlərin sayı artıb. Şimali Atlantika Bloku Finlandiya və İsveçi üzvlüyə qəbul etməyə hazırdılar. Ancaq qəbul müəyyən prosedurların həyata keçirilməsini tələb etdiyindən Böyük Britaniya İsveç və Finlyandiya ilə ikitərəfli hərbi əməkdaşlıq sazişi imzaladı. London bunu ona görə etdi ki, Finlandiya və İsveç Şimali Atlantika Blokuna üzv olana qədər Rusiyanın hədələrindən qorunsunlar və Moskvada anlasınlar ki, bu iki ölkəyə qarşı hansısa təxribat planlaşdırsalar, qarşılarında Böyük Britaniyanı görəcəklər.
NATO Avropa ilə kifayətlənmir. Şimali Atlantika Bloku Asiya dövləti olan Cənubi Koreya ilə də əməkdaşlığı genişləndirir. Cənubi Koreya bayrağı ilk dəfə olaraq Estoniyanın paytaxtı Talinndəki NATO kibermüdafiə mərkəzində qaldırıldı. NATO-nun Kooperativ Kibermüdafiə Mükəmməllik Mərkəzi üzv dövlətlərdən mütəxəssisləri kiberhücumların qarşısını almaq üçün birlikdə işləmək üçün öyrədir və əməkdaşlığa cəlb edilən Cənubi Koreya NATO üzvü olmayan beşinci ölkədir.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti 2019-cu ildən müxtəlif təhlükələrə cavab vermək üçün dünya səviyyəli bacarıqlara sahib olmağı qarşısına məqsəd qoyub. Şimali Koreyanın artan raket sınaqları və Çinin bölgədə artan hərbi gücü Cənubi Koreyanı həm müttəfiqi ABŞ, həm də NATO ilə əməkdaşlığı genişləndirməyə diktə edir. ABŞ prezidenti Co Baydenin 20-22 may tarixləri arasında Seula səfəri zamanı də bölgənin təhlükəsizlik məsələləri müzakirə olunacaq. Səfər zamanı ABŞ-Cənubi Koreya-Yaponiya üçlü ittifaqının formalaşacağı da planlaşdırılır.