

Ermənistan baş nazirinin Ağ Evdə gizlənməyə üzü qaradır
... Və Paşinyanın üç auditoriyaya mesajı
Ermənistan Laçın ermənilərinə söz verib
“Sərkisyanın müxalifəti” özünü buraxır
Prezidentdən xəbərdarlıq: ““Status” sözü yeni qarşıdurmalara səbəb olacaq”
Bakıdan İrəvana xəbərdarlıq: “İşğalçılıq ritorikasından əl çəkməsə, özü özünü şikəst qoyacaq”
Burada Paşinyanın da öz oyununun olması ehtimalı var
Ermənistan müxalifəti çadırlarını yığışdırır
Ermənistan müxalifəti nazirliyin qarşısına toplaşıb
Ermənistanda hər 6 nəfərdən 1-i normal qidalamır
... ABŞ rəsmi İrəvana himayəsini ittiham mesajları ilə əvəzləyir
Bu dəfə Avropa Birliyinin ofisi qarşısında ...
ABŞ Rusiyanın Qarabağ planını pozmağa başladı
İşxan Saqatelyan: “Vəhşiliklərə rəğmən heç bir polis məsuliyyətə cəlb edilməyib”
Etiraz aksiyasında müxalifətlə polis arasında toqquşma baş verib
Azərbaycan və Türkiyə Ermənistan baş nazirini revanşist müxalifətin əlindən xilas edə bilərmi?
İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar polis baryerini aşaraq bir neçə hökumət binasının, o cümlədən Xarici İşlər Nazirliyinin girişini qapadıblar.
Parlamentin vitse-prezidenti və müxalifətdə olan “Ermənistan” fraksiyasından deputat İşxan Sağatelyan mayın 24-də deyib ki, aksiyanın məqsədi işçilərin binalara, xüsusilə “daha Ermənistanın və erməni xalqının maraqlarına xidmət etməyən” XİN-in binasına girməyini önləməkdir.
***
Minlərlə müxalifət tərəfdarı İrəvanda hər gün etiraz aksiyasına çıxır. Onlar Paşinyanın Azərbaycanla Dağlıq Qarabağ danışıqlarında “qəbuledilməz güzəştlər”ə getdiyini deyirlər.
Polis yüzlərlə etirazçını saxlasa da, sonradan onların əksəriyyəti buraxılıb. Nümayişçilər hökumətə təzyiqi gücləndirmək üçün vətəndaş itaətsizliyi aksiyaları keçirdiklərini deyirlər.
Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh sazişini hazırlamağa və sərhədlərin demarkasiyasi üzrə birgə komissiya yaratmağa razılaşıb. Tərəflər artıq mayın 23-də komissiyanın tərkibini açıqlayıblar.
Avropa Şurasının Prezidenti Şarl Mişel mayın 22-də Brüsseldə deyib ki, birgə komissiyanın ilk iclası “tezliklə” keçiriləcək.
***
Azərbaycan sülh sazişin beş elementə əsaslanmasını, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını istəyir.
Paşinyanın bu elementlərin İrəvan üçün qəbuledilən olduğunu açıq şəkildə bəyan etməsi müxalifəti qızışdırıb. Onlar hakimiyyətin Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olduğunu deyirlər.