
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukraynada ağır döyüşlər davam edir, hər iki tərəf itki verir. Buna baxmayaraq, rəsmi Kiyev gələcəkdə Ukraynanın təhlükəsizliyinə təminat verə biləcək dövlətlər barədə də düşünür, təkliflər irəli sürür.
Dehlidə nəşr olunan “The Hindu” dərgisinin yazdığına görə, Ukrayna rəsmiləri təminatçı dövlətlər arasında Hindistanın da adını çəkiblər. Rusiyanın Hindistanla yaxşı əlaqələri olduğu nəzərə alınaraq Kremlin Kiyevin təklifinə qarşı çıxmayacağı ehtimal edilir.
Kiyev Hindistanla yanaşı təminatçı dövlətlər arasında Böyük Britaniya, Polşa və Türkiyəni görmək istəyir. Rusiya birinci ikisini çıxmaqla Türkiyənin təminatçı olması əleyhinə çıxmayacaq. Kiyevin Hindistanı təklif etməsi bu ölkənin dünyada və bölgədə oynadığı rolla əlaqəlidir. Dehlinin həm Moskva, həm də Kiyevlə yaxşı münasibətləri var. Başqa sözlə Hindistan siyasi baxımdan Rusiya və Ukraynaya eyni məsafədədir. Digər tərəfdən Hindistanın Çinlə gərgin münasibətləri fonunda ABŞ-la strateji əlaqələrini genişləndirməsi də Ukrayna üçün faydalıdır. Ukrayna Hindistanın maliyyə və humanitar yardımına da ehtiyac duyur. Dehli və Hindistanın özəl şirkətləri bu günə qədər Ukraynaya 230 ton humanitar yardım göndəriblər.
Ukrayna təminatçı dövlətlər axtararkən Rusiyanın bu ölkəyə qarşı işğalçı müharibəsinin nə zaman bitəcəyi sual altındadır. Kreml Ukraynanın şərqini tam işğal etmədən müharibəni bitirmək istəmir. Ukrayna isə şərqinin işğalıyla barışmadığından müharibənin uzun müddət davam edəcəyini proqnozlaşdırmaq olar.