
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Rusiyanın “Sovcomflot” (SCF) şirkətinin neft tankerləri Qərb sanksiyalarına baxmayaraq Avropanın limanlarına daxil olur. “Sovcomflot” sanksiyalardan yan keçmək üçün Kipr və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iki törəmə şirkət qurub.
“Sovcomflot”un neft tankerləri isə Liberiya bayrağı altında üzürlər və onların təhlükəsizlik sertifikatları Hindistandan alınır. Bu barədə məlumatı Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP və “Reuters” agentliyi veriblər.
OCCRP bu ilin may ayında “Sovkomflot”un sanksiyalara baxmayaraq hərəkətdə olan 18-dən çox tankerini müşahidə edib.
Bu da qeyd olunur ki, bu tankerlərdən hər biri 240 milyon dollarlıq neft daşıyır.
***
OCCRP yazır ki, onun təhqiqatçıları “Sovcomflot”un ABŞ, İtaliya, Danimarka və Niderlanda istiqamətlənən və ya bunların limanlarında lövbər salan 6 tankerini izləyə biliblər.
Təhqiqatçı jurnalistlər aşkar ediblər ki, Rusiya şirkəti sanksiyalardan yan keçmək üçün Kipr və BƏƏ-də törəmə firmalar açıb, onun tankerləri isə “vergi cənnəti” sayılan Liberiya bayrağı altında üzür.
Beynəlxalq siyasət və maliyyə üzrə ekspert Rikardo Soares deyir ki, “Sovcomflot”, beləliklə Rusiyanın kəskin ehtiyacı olan xarici valyutanı qazanmaqda davam edir.
Avropa İttifaqının mətbuat xidməti “Sovcomflot” tankerlərinin niyə hələ də Avropa limanlarına daxil ola bilməsi barədə suala cavab verməyib.
“Sovcomflot” şirkəti də sorğunu cavabsız qoyub.
“Reuters” agentliyi yazır ki, Rusiya üzərinə sanksiyalar qoyulandan bəri Qərb şirkətləri “Sovcomflot”un neft tankerlərinə təhlükəsizlik şəhadətnaməsi verməkdən imtina ediblər.
Buna görə də indi Rusiya şirkəti sertifikasiyanı Dubayda açdığı törəmə firması vasitəsilə Hindistanda sənədləşdirir.
***
Hindistanın “IRClass” sertifikasiya şirkətinin məlumatına görə qurum “Sovkomflot”un 80-dən çox gəmisinə şəhadətnamə verib.
Bu sənəd gəmilərin təhlükəsizliyinə qarantiya verir. Bundan başqa həmin şəhadətnamə ilə gəmiləri sığorta etdirmək və Avropa limanlarına girişini təmin etmək mümkün olur.
Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra Avropa İttifaqı və ABŞ Rusiyanın ən böyük gəmiçilik şirkəti olan “Sovcomflot”u da sanksiya siyahısına daxil edib.
Bu sanksiya ABŞ-da martın sonlarından, Avropa İttifaqında isə mayın ortalarından qüvvədədir. Avropa İttifaqı iyunun əvvəllərində Rusiyaya qarşı sanksiyaların 6-cı paketini qəbul edib. Bu paketlə Rusiyadan dənizlə daşınan bütün neftə embarqo qoyulub.
Sanksiyalar qoyulandan sonra Çin və Hindistan Rusiyadan enerji daşıyıclarının idxalını artırıblar. “Reuters” yazır ki, Hindistan ötən illə müqayisədə Rusiyadan neft idxalını 16 dəfə artırıb. Treyderlərin məlumatına görə Rusiya Asiya ölkələrinə qazıntı yanacağını 30 faizlik güzəştlə satır.