

... Yaxud Britaniyanın Azərbaycana yeni səfir təyinatına sözardı
Britaniya tanker insidentini cavabsız qoymayacaq
Xızıda sakinlər arasında mina təhlukəsizliyinə dair təbliğat aparaılır
18 əl qumbarası, 6 tank əleyhinə raket, 4 şaşka, avtomat daraqları, 100-lərlə müxtəlif sursat
ANAMA-nın əməkdaşlarından yaralananlar var
Son 6 gündə 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib
Böyük Britaniya işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
“Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb”, - məlumatda deyilir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da bununla bağlı özünün “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait ANAMA-ya mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək”. (Trend)