
Tehran artıq güc mərkəzi deyil
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
Güney Azərbaycanın müxtəlif şəhərləri və sosial mediada Urmiya gölü ilə bağlı geniş bir kampaniyanın başladılmasının ardınca İran Parlamentinin islahatçı və mühafizəkar millət vəkilləri arasında mövzu ilə bağlı mübahisələr yaranıb.
Yarı-rəsmi İSNA agentliyinə istinadən, Təbrizin islahatçı millət vəkili Məsud Pezeşkiyan iyulun 12-də İran Parlamentindəki nitqində Urmiya gölünün hazırkı vəziyyəti ilə bağlı İbrahim Rəisi hökumətini sərt tənqid edib.
Təbrizin digər millət vəkili mühafizəkar siyasətçi Ruhulla Mütəfəkkir Azad bir neçə gün öncə Ruhani dönəmində təsis edilmiş “Urmiya gölünü Canlandırma Mərkəzinin xərclədiyi milyardlar tümən puldan bir nəticə alınmadığını” ifadə etmişdi.
Məsud Pezeşkiyan isə İbrahim Rəisi hökumətinin Urmiya gölü üçün heç bir iş görmədiyini önə çəkib.
“Keçmiş hökumətin (Həsən Ruhani dövrü) Urmiya gölünü canlandırmaq üçün başlatdığı işlər yeni hökumətdə dayandırılıb. Heç bir hərəkət etmirlər. Urmiya gölü üçün heç bir büdcə ayırmayıblar. İbrahim Rəisi bu xüsusda göstəriş verib, ancaq icra olunmayıb”, – deyə “Ensaf News” internet portalı Pezeşkiyana istinadən dərc edib.
Sabiq nazir və Təbrizin İran Parlamentindəki hazırkı millət vəkili Məsud Pezeşkiyan islahatçı və mötədil qanadın daha nüfuzlu olduğu 10-cu parlamentin (2016-2020) sədrinin birinci müavini olub. O, eyni zamanda “Türk Bölgələri Fraksiyasına” başqan seçilmişdi. Pezeşkiyan indi mühafizəkarların əksəriyyətdə olduğu 11-ci məclisdə artıq bir müxalif kimi çıxış edir.
Sosial media istifadəçiləri, siyasi fəallar və ətraf mühit müdafiəçiləri daxil olmaqla, müxtəlif qruplar bir neçə gün öncədən geniş bir kampaniya başladaraq diqqətləri Urmiya gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltməyə çalışırlar.
Universitet professoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan müavini İsmayıl Kəhromun sözlərinə görə, Urmiya gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.