“İrandakı iqtisadi sıxıntılar daha dərindədir”
Cəlal Rövşən: “Rəisi dönəmində hər sahədə uğursuzluq və çöküş görürük”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
İranın sərt xətt tərəfdarı prezident İbrahim Rəisinin vəzifəyə gəlməsindən təqribən bir il keçir. Siyasi şərhçi Cəlal Rövşən prezident Rəisinin bir illik performansını dəyərləndirib. O, Rəisinin tam bir uğursuzluq və çöküş profili sərgilədiyini vurğulayır.
“Son bir ili dəyərləndirdiyimizdə bütün olaraq həm İran dövləti, həm indiki hökumətdə hər sahədə bir uğursuzluq və çöküş profilinin cızıldığını görürük”, – Cəlal Rövşən deyib.
İbrahim Rəisinin seçki kampaniyalarında verdiyi əsas vədləri yoxsul kəsim üçün iqtisadi rifahı bərpa edəcəyi yönündə idi.
Rövşənin sözlərinə görə, “Rəisinin vədləri nəticəsində o ilk dönəmdə qısa müddət olsa da, bir rahatlama göründü. İqtisadi vəziyyətdə yəni bahalılıq baxımından bir rahatlama oldu. Amma biz bunun uzun sürməyəcəyini bilirdik. Çünki, İrandakı iqtisadi sıxıntılar çox daha dərindədir”.
O, İranla nüvə sazişini canlandırmaq üzrə danışıqların nəticəsiz qalmaqda davam etdiyinə diqqət çəkərək deyir ki, “İbrahim Rəisinin ən önəmli şüarı və seçki vədi belə idi ki, biz xalqın rifahını və çörəyini xarici siyasətə və özəlliklə nüvə müzakirələri məsələsinə bağlamayacağıq. Ancaq keçən zaman içində gördük ki belə olmadı”.
Siyasi şərhçi prezident Rəisinin İran-Çin strateji əməkdaşlıq müqaviləsinə ümid bağladığını, ancaq bu əməkdaşlığın İranın arzu etdiyi istiqamətdə yürümədiyini ifadə edib.
“Çin iqtisadi olaraq İranın istədiyi kimi arxasında durmadı. İran bir tərəfdən də ümidi bağlamışdı ki, nüvə anlaşması Rəisinin qurduğu yeni müzakirə heyəti ilə istədikləri şəkildə şəkillənəcəkdir. Amma, elə olmadı və müzakirələr indi nəticəsiz şəkildə havada qalıb”, – o, qeyd edib.
Prezident Rəisi dönəmində ölkənin müxtəlif bölgələrində yalnız iqtisadi vəziyyətlə bağlı deyil, eyni zamanda ətraf mühit problemləri və su qıtlığı ilə əlaqədar etiraz aksiyaları keçirilir.
Bir neçə gündür İran Azərbaycanında sosial media istifadəçiləri, siyasi fəallar və ətraf mühit müdafiəçiləri daxil olmaqla, müxtəlif qruplar geniş bir kampaniya başladaraq diqqətləri Urmiya gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltməyə çalışırlar.
Cəlal Rövşən deyib ki, çevrə məsələsi dediyimizdə belə düşünməyək ki, marjinal bir söhbət və ya başqa ölkələrdə yaşıl partiyaların söyləmləri kimi bir şeydir.
“Özəlliklə Urmiya gölü məsələsi əlbəttə ki, bir az iqlim məsələsidir, amma məsələnin böyük bölümü son oninlliklərdə İran İslam Cümhuriyyətinin yanlış siyasətləri üzündən yaranıb. Urmiya gölü niyə Güney Azərbaycan üçün önəmlidir? Çünki, Urmiya gölü elə bir strateji nöqtədə yerləşib ki, Azərbaycanın tam qəlbindədir. Bunun quruması halında inanılmaz böyük insani fəlakətlər görəcəyik və qarşı-qarşıya olacağıq. Böyük köçlərə səbəb olacaq qədər böyük məsələdir”.