vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SAĞLAMLIQ  
23:41 | 30 iyul 2024 | Çərşənbə axşamı Məqaləyə 336 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Süni ətin “müştəri”ləri var

Laboratoriyada istehsal olunan toyuq ətinin heyvanlar üçün qidalarda istifadəsinə icazə verilib

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyada bir şirkət qida üçün laboratoriyada süni toyuq əti hazırlayıb. Çərşənbə günü “Meatly” şirkətindən verilən açıqlamada, süni ətin Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Departamentindən və heyvan yemini yoxlayan Heyvan və Bitki Sağlamlığı Agentliyindən icazə aldığı bildirilib.

Ölkənin köklü qəzetlərindən olan “Financial Times” (FT) Böyük Britaniyanın laboratoriya şəraitində hazırlanmış ətə icazə verən ilk Avropa ölkəsi olduğunu yazıb.

“Meatly” şirkətinin baş direktoru Ouen Ensor süni ətin bəyənilməsində Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılması və AB qaydalarına tabe olmamasının rol oynadığına diqqət çəkərək, bunun onlar üçün fürsət yaratdığını bildirib.

İngiltərə rəhbərliyinin biotexnologiya və innovasiyaya önəm verdiyini bildirən Ensor deyib: “Düşünürəm ki, bu təsdiqlə bağlı ən maraqlı elementlərdən biri Böyük Britaniyanın innovativ sahələrdə və qida texnologiyasında lider olmaq niyyətini nümayiş etdirməsidir. AB ümumiyyətlə daha uzun və daha mürəkkəb tənzimləmə mexanizmlərinə malikdir”.

Ensor, ev heyvanlarının yeminin süni ət sənayesi üçün başlanğıc nöqtəsi olduğunu bildirdi. Heyvanları sevən, onlara qarşı zülmə qarşı çıxan şəxsin öz ev heyvanını ətlə bəsləməkdə “dilemma” olduğunu əsas gətirən şirkət sahibi, bu səbəbdən süni ətə tələbatın açıq olduğunu bildirib.

FT-nin məlumatına görə, “Winchester” Universitetində aparılan bir araşdırmada, sorğuya qatılan ev heyvanı sahiblərinin 50 faizi heyvanlarını süni ətlə bəsləyəcəklərini, 32 faizi isə bu əti özləri istehlak edəcəklərini bildiriblər.

İngiltərə Qida Standartları Agentliyindən Ceymes Kuper, “süni ətin qida və yem sənayesində təhlükəsiz və qanuni şəkildə inkişaf etdirildiyi müddətdə istifadəsini alqışladıqlarını”, – söylədi.

Digər tərəfdən xəbərdə İtaliya, Fransa və Avstriya kimi ölkələrdə süni ət araşdırmalarına reaksiyaların olduğu qeyd edilib. ABŞ-ın Florida və Alabama ştatlarında bu təcrübə birbaşa qadağan edilib.