Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:17 | 12 fevral 2025 | Çərşənbə
Məqaləyə 511 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Gebreyesus dünən verdiyi açıqlamada, ən böyük büdcə vəsaiti olan ABŞ-ın təşkilatdan çıxmaq qərarından sonra “kəmərini sıxmaq” məcburiyyətində qalacağını söyləyib.
Cenevrədə DÜST İcraiyyə Şurasının səkkiz günlük iclasının yekununda verdiyi bəyanatda Tedros, “ABŞ-ın geri çəkilmək niyyətini elan etməsindən təəssüflənirik. Biz onun qərarını yenidən nəzərdən keçirəcəyinə və Vaşinqtonla konstruktiv dialoqa girmək fürsətini alqışlayacağına ümid edirik”, – deyib.
“Biz iki strateji məqsəd üzərində işləyirik: resursları səfərbər etmək və kəmərlərimizi sıxmaq”, – DST rəhbəri deyib.
Keçən ay Ağ Evə qayıtdıqdan qısa müddət sonra ABŞ Prezidenti Donald Tramp ölkəsini ilk səlahiyyət müddətində “COVİD-19” pandemiyasına qarşı mübarizə apardığına görə tənqid etdiyi Dünya Səhiyyə Təşkilatından çıxmaq üçün sərəncam imzaladı. Trampın ilk prezidentliyi dövründə ABŞ DST-dən çıxmaq üçün sərəncamlar imzalasa da, onun xələfi Co Baydenin dövründə geri addımlar atıldı.
Barbadosun Səhiyyə Naziri və beynəlxalq təşkilatın Direktorlar Şurasının sədri Cerom Uolkott, “ABŞ-ın Dünya Səhiyyə Təşkilatından çıxdığını elan etməsi ilə biz yeni reallıqlarla üzləşməyə məcbur olduq. Qarşılaşdığımız çoxsaylı çətinliklərə baxmayaraq, işimizi gücləndirmək və ictimai sağlamlığı yaxşılaşdırmaq məqsədi daşıyan 40 qərar və bir çox məsələlər üzrə razılığa gəldik”, – deyib.
Trampın qərarı, son illərdə daha çox könüllülərin töhfələrinə arxalanan təşkilatın daha təhlükəsiz və etibarlı maliyyələşdirilməsinə ehtiyac olduğunu vurğulanıb. Təşkilatın icraçı şurası 2030-cu ilə qədər büdcəsinin ən azı yarısını ödəmək üçün üzvlük haqlarının 20 faiz artırılmasını tövsiyə edib.