16:16 | 27 fevral 2013 | Çərşənbə
Məqaləyə 1957 dəfə baxılıb
Şriftin ölçüsü
"Ria Novosti"nin verdiyi xəbərə görə, Rusiya prezidenti və Silahlı Qüvvələrin ali baş kamandanı Vladimir Putin Qara dənizdə hərbi manevrlər keçirilməsilə bağlı sərəncam imzalayıb.
Bu barədə məlumatı prezident administrasiyasının sözcüsü Dmitri Peskov verib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi saat 16:00-da bağlı zərf alıb. Bağlı zərfdə Rusiya prezidenti mudafiə naziri Serqey Şoiquya ən az 36 hərbi gəmi və 7000 hərbiçiylə birlikdə Qara dənizdə hərbi manevrlər keçirilməsini əmr edib.
