

Bu üsul yuxu tənəffüs problemlərini xeyli azaldır
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
Əli Əsədov fərman imzaladı
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
ƏDV-dən azad olunan çap məhsulları
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
“Əyalət padşahları” kresloya “əlvida” deyəcək
Köhnələrdən şikayətləri araşdırmağa gedirlər
Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər
Muxtar Babayevin anası haqda maraqlı faktlar
MDU-nun məzunu, MM-in üzvü, ...
Yeni təyinatlar köhnə işçiləri təlaşlandırıb
Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
Ölkəmizdə ən çox yayılan xəstəliklərdən biri də şəkərli diabet xəstəliyidir. Təkcə keçən il ərzində statistik göstəricilərə əsasən Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı 182 min nəfər təşkil edib. Son 10 il ərzində ölkəmizdə şəkərli diabet xəstələrinin sayı təxminən 7 dəfə artmışdır. Bəs dövlət bu xəstəlikdən əziyyət çəkən insanlara hər hansı güzəştlər nəzərdə tutubmu? Bu xəstəliyin fəsadları nəticəsində hər hansı bir orqanından məhrum olan şəxs əlil hesab olunurmu? Belə şəxslərə sosial yardım nəzərdə tutulurmu? Qanunvericilikdə bu məsələyə toxunulubmu?
Bu suallara Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi vəkil Aqil Layıcov cavab verib. Vəkil modern.az-a bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
«Göründüyü kimi demokratik cəmiyyətin əsas meyarlarından biri sosial yöndə ehtiyacı olan şəxslərin asılılığına yardım etməkdir. Sosial təminata ehtiyacı olan şəxslərdən biri də anadan gəlmə və yaxud sonradan qazanılaraq əlil olan şəxslərdir. Əlilliyin müəyyən olunması isə «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamə ilə müəyyən edilir. Həmin əsasnaməyə əsasən məsələn, tutaq ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxsin ayağı buddan aşağı kəsilibsə, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs kimi tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy aldıqdan sonra ona 3-cü dərəcəli əlil statusu veriləcəkdir. Bu əllik dərəcəsi isə Azərbaycan Respublikasının Prezidentinin sosial müavinətlərin məbləğinin artırılması barədə Fərmanına əsasən 43 manat sosial yardım almaq hüququ verir», - deyə hüquqşünas bildirib.
Vəkil vurğulayıb ki, «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli, 101 nömrəli qərarı ilə 2006-2010-cu illəri əhatə edən «Şəkərli diabet üzrə Dövlət Proqramı» qəbul edilib. Həmin dövlət proqramına əsasən, şəkərli diabet xəstələrinin bütün profilaktiki və digər zəruri müalicə vasitələri və preparatları dövlət hesabına maliyyələşəcək. Onun üçün də bu xəstəlikdən əziyyət çəkən şəxslərin ərazi xəstəxanasına müraciət etmələri və şəkərli diabet xəstəsi kimi qeydiyyata düşmələri vacibdir.