vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAHİBKARLIQ  
İqtisadi portal yaradılır 23:13 | 29 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2692 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İqtisadi portal yaradılır

Yeni layihə Azərbaycanda yerli məhsul və istehsalçılar haqqında olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyətləri artırılıb. Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş «İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi»ndə dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.

Sənədə əsasən, Mərkəz Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən internet portalının fəaliyyətini, malların istehsalçıları tərəfindən məlumatların həmin portalda yerləşdirilməsi üçün təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini və portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin edir.