Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
18:19 | 29 may 2017 | Bazar ertəsi
Məqaləyə 2286 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı mayın 25-də Vyanada qəbul etdiyi qərarın şərtləri hər an dəyişdirilə bilər.
«Report» xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə müsahibəsində bildirib: «Əgər biz dünya neft bazarında ehtiyatların azaldılması hədəfinə nail olmasaq, istənilən an monitorinq qrupu toplana bilər. Normal şərtlərdə isə monitorinq qrupu 2 aydan bir toplanır».
Qeyd edək ki, mayın 25-də OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasının müddətini 2018-ci il mart ayının sonuna qədər uzatmaq qərarına qəlib. Lakin bu qərar neft bazarı iştirakçılarının gözləntilərinə uyğun olmayıb. Onlar daha genişmiqyaslı tədbirlər sayəsində neft bazarında qiymətlərin sabitləşməsinə nail olmağı ehtimal edirdilər. Buna görə də, qərarın açıqlanmasından az sonra neft 5 faizə yaxın ucuzlaşıb. Lakin A.Novakın açıqlamaları və bu həftə ABŞ-da neft ehtiyatlarının kəskin azalacağı ehtimalları neft qiymətlərində müvəqqəti sabitlik yaradıb. Hazırda «Brent» markalı neft 52,5 dollar/barel, «WTI» nefti isə 49,7 dollar/barelə satılır.