
Çinin göstəriciləri qiymətləri qıdığladı
Neft buruqlarının üzü “OPEC+” tərəfədir
Neft buruqlarının üzü “OPEC+” tərəfədir
OPEC+ həftə sonu görüşəcək
“OPEC+”un qərarı qiymətlərə təsir edir
Neft son iki ilin ən böyük həftəlik enişinə doğru gedir
Qara qızıl ABŞ-dan tələbin artmasına və atəşkəslə bağlı narahatlıqlara görə yüksəlir
Qara qızılın qyməti atəşkəs xəbərləri ilə 4 faiz düşdü
“Neftin qiymətini artırmayın, hamınızı izləyirik”
Bazar qoxunu həmən hiss edir
İranın boş əraziyə raket atması neft qiymətlərinə mənfi təsir etdi
Trampdan neft çağırışı
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
ABŞ-ın İranın nüvə obyektlərini vurmasından sonra birjalar şökür
“JPMorgan” İran rejimiylə əlaqədar neft qiymətləri ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında ABŞ-İran gərginliyi
Qiymətin 110 dollara çata biləcəyi barədə xəbərdarlıq
ABŞ-ın hücumunun neft bazarına təsiri
«Financial Times» yazır ki, neft qiymətləri iki faiz düşərək son 10 ayda ən aşağı həddinə çatıb. Ekspertlər bunu həm ABŞ-da şist nefti hasilatının rekord templərlə yüksəlişi, həm də Çinin neftayırma zavodlarında istehsalatın yavaşıması ilə bağlayırlar.
Bu iki amil ağzınadək dolu qlobal anbarlarda xam neftin azalmasına imkan vermir.
ABŞ neftinin proqnoz qiyməti 98 sent azalaraq bir barrel üçün 42.53 dollara düşüb. Bu, 2016-cı ilin avqustundan bəri ən aşağı qiymətdir.
Beləliklə, ötən fevralda bu il üçün pik həddinə çatan neft qiymətləri ümumilikdə 20 faiz düşüb.
Brent markalı neftin fyuçers qiymətləri də 1 dollar 20 sent düşərək 45 dollardan aşağı - 44.82 dollara enib.
Minnesotadakı «CHS Hedging LLC» firmasının təhlilçisi Entoni Hidrik (Anthony Headrick) deyir ki, bazarlar OPEC-in hasilatı ixtisarının balansı dəyişdiyini görmək istəyirlər, lakin bu gözləntilər hələlik doğrulmur.
Məqalədə deyilir ki, neft qiymətləri OPEC razılaşmasına müsbət reaksiya göstərərək 2016-cı ilin axırlarında və 2017-ci ilin əvvəllərində dirçəlmişdi, lakin qlobal anbarlarda yığılan neftin həcmləri gözlənildiyi templə azalmadığından qiymətlər aşağıya doğru sürüşməyə başladı.
Eyni zamanda ABŞ-da xam neftin hasilatı günə 9,35 milyon barrelə yüksəlib ki, bu da artıq Rusiya və Səudiyyə kimi ölkələrin hasilat rəqəmlərinə çox yaxındır.
Son 22 həftədə ABŞ əməliyyat quyularının sayı artmaqda davam edib.
Neftin qiyməti 2017-ci ilin birinci yarısında 20 faiz düşüb. Belə eniş 1997-ci ildən bəri ilk dəfədir baş verir.
Ötən ilin sonlarında OPEC ölkələri və Rusiya neft qiymətlərini qaldırmaq üçün hasilatı günə 1, 8 milyon barrel azaltmaq barədə razılaşma əldə etmişdilər. Lakin Nigeriyada və Liviyada artan hasilat neft qiymətlərinin artımına imkan verməyib.
Nigeriyada neft hasilatı avqust ayında günə 2 milyon barrelə çatmalıdır. Bu, son 17 ayda ən yüksək göstəricidir.
İranın neft naziri Bijan Zəngəne deyib ki, OPEC üzvləri hasilatın daha dərindən ixtisarını götür-qoy edirlər, lakin bu, dərhal baş verməyəcək.
Eyni zamanda Çində neftin emal templəri azalıb ki, bu da qiymətlərin düşməsinə səbəb olub. Bunu da nəzərə almaq lazımdır ki, Çin dünyanın ən böyük xam neft idxalçısıdır və onun, tələbin yüksək olduğu bir mövsümdə emal əməliyyatlarını azaltması nə deməkdir.
Hazırda ABŞ xam neftinin 2017-ci ilin dekabrından 2018-ci ilin sonlarınadək kontrakt qiymətləri ən böyük güzəştlərlə bağlanıb. Bu isə o deməkdir ki, neft ticarətçiləri bazarda izafi neftin daha uzun müddətdə qalacağını düşünürlər.
«Commerzbank»ın təhlilçisi Yugen Veynberq (Eugen Weinberg) deyib ki, «hazırda bütün gözləntilər neqativdir».