
Paşinyanın sülh gündəliyi
Köçəryan-Sərkisyan müttəfiqliyi ilə Ermənistan baş nazirinin devrilməsi ehtimalları yoxdur
Köçəryan-Sərkisyan müttəfiqliyi ilə Ermənistan baş nazirinin devrilməsi ehtimalları yoxdur
Cinayət işi Ohanyanın oğluna açıldı
... Yaxud erməni amansızlıqlarının, barbarlıqlarının bir anı
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar
Paşinyan ermənilərin emosional hisslərinə toxunmaqla öz müdafiəsini düşünür
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
Dubayda idmançı ermənini hardan tapıblar?
Baş nazir ermənilərlə necə məzələnib?
“Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”
Ermənistana baha başa gələn işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir
Paşinyan məxfi sənəd açıqladı
Separatçılar İrəvanla birgə plan əsasında fəallıqlarını artıblar
İşğalçı ölkə demoqrafik fəlakət astanasında - qurtuluş Qarabağdan keçir
Paşinyan general Movsesi qondarma rejimin başına gətirmək istəyir
Naqolay, primitiv və rüsvayçı şəkildə
Ermənistan parlamentində hökumətin 2017-2022-ci illəri əhatə edən beşillik inkişaf proqramının müzakirələri zamanı müxalifətdən olan deputatlar Serj Sərkisyan hakimiyyətini tənqid ediblər.
Virtualaz.org erməni KİV-lərinə istinadla xəbər verir ki, baş nazir Karen Karapetyanın təqdim etdiyi proqramda ixracın ÜDM-də payının artırılması, yoxsulluq səviyyəsinin 12 faizə endirilməsi kimi vəzifələr müəyyən olunub.
Habelə proqrama əsasən hökumət yeni müdafiə sisteminin formalaşdırılması üçün bir sıra islahatlar keçirə biləcək. Hakim partiyadan deputat, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Koruyun Nahapetyan deyib ki, bu proqram sayəsində hərbi büdcədə kəmiyət göstəricisindən keyfiyyət göstəricilərinə keçmək mümkün olacaq. Hərbçilərin sosial müdafiəsi gücləndiriləcək, hərbi təhsil sistemi təkmilləşdiriləcək.
Müxalif «Elk» fraksiyasının rəhbəri Nikol Paşinyan bu proqramı tənqid edərək deyib ki, onlar sənədə qarşı səs verirlər: «Çünki bu, prezident Serj Sərkisyanın və onun respublikaçılarının proqramıdır. Sərkisyan təhlükəsizlik məsələlərində iflasa görə məsuliyyət daşıyır. Biz Azərbaycana hərbi balansda uduzuruq. Siz hansı təhlükəsizlikdən danışırsınız? Hər gün təmas xəttində ölən əsgərlərdən? İtirilən ərazilərdən? Bu hakimiyyət cəmiyyətin etimadını itirib və getməlidir», - Paşinyan bildirib.