vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
«Günahsız körpəni və qadını öldürməsi...» 13:30 | 5 iyul 2017 | Çərşənbə Məqaləyə 800 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Günahsız körpəni və qadını öldürməsi...»

Rusiya Dövlət Dumasının deputatı Ermənistanı təxribatçı adlandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dağlıq Qarabağdakı erməni separatçılarının bu hərəkətini ancaq açıq təxribat kimi qiymətləndirmək olar». Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ermənistan ordusunun Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, 2 nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.

D. Savelyev bildirib ki, G-20 sammiti öncəsi Qarabağ separatçılarının bu cür fəaliyyətini ancaq açıq təxribat kimi qiymətləndirmək olar: «Hansı ki, bunun qurbanı günahsız dinc sakinlər, o cümlədən körpə oldu. Bu fakt beynəlxalq ictimaiyyət tərəfindən müvafiq qiymətini almalıdır və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn səylər artırılmalıdır. Beynəlxalq hüquq normaları işləməlidir, Azərbaycanın ərazi bütövlüyü ən qısa müddətdə bərpa edilməlidir». (APA)