
Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Separatçıların arzuları boğazlarında qaldı
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
«Dağlıq Qarabağ münaqişə zonasında insan ölümlərinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir». VAXT.AZ xəbər verir ki, bunu «Trend»ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
O bildirib ki, təzyiq diplomatik, siyasi, psixoloji, hətta iqtisadi yolla olmalıdır: «Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qaynar hesab olunmur, amma dondurulmuş münaqişə də deyil. Zorakılıq halları da bunu təsdiq edir. Hərbçilərlə yanaşı, dinc sakinlərin də ölümü bu münaqişənin öldürməyə davam edəcəyinin bir sübutudur. Ona görə də təcili surətdə danışıqlar masasına oturmaq lazımdır. Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır ki, tərəflər danışıqlara başlasın və kompromis əldə etsinlər».
S.Markov qeyd edib ki, münaqişə zonasındakı hazırkı vəziyyət Ermənistana sərf edir: «Ona görə də Ermənistan kompromissin əldə olunmasına mane olmağa çalışır. Amma həmin dövrdən bəri qüvvələr balansı dəyişib».
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.