
Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Separatçıların arzuları boğazlarında qaldı
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
Türkiyənin Xarici İşlər Nazirliyi Füzuli rayonunda ermənilərin dinc sakinləri öldürməsi hadisəsi ilə bağlı bəyanat yayıb.
VAXT.AZ APA-ya istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, iyulun 4-də Ermənistan silahlı bölmələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə kənd sakinlərindən 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olublar, bir qadın yaralanıb: «Bu hadisəni şiddətlə qınayırıq. Xain hücumda ölən azərbaycanlılara Allah rəhmət eləsin! Yaralanan qadına isə sağlamlığına qovuşmağı arzulayırıq. Bu mənfur hadisə Azərbaycan torpaqlarının beşdə birini işğal edən Ermənistanın cəbhə xəttində ağır silahlarla təxribat törətməsini, beynəlxalq hüquqa və insan haqlarına zidd olaraq, dinc sakinləri, xüsusilə uşaq və qadınları hədəfə aldığını göstərir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistanın sistemli şəkildə yeritdiyi şiddət siyasəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısında ən böyük əngəldir. Ermənistanın işğal etdiyi torpaqlardan çıxarılması üçün təzyiq göstərilməlidir.
Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dəstəyini davam etdirəcək».
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
***
13:06
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın son təxribatını kəskin tənqid edib.
VAXT.AZ xəbər verir ki, nazirlikdən özəl olaraq «Trend»ə bildiriblər ki, Ermənistanın mülki vətəndaşlara qarşı fəaliyyəti qəbuledilməzdir: «Erməni tərəfinin təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan bu fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sistematik olaraq maneçilik törədir».
XİN-dən bildiriblər ki, beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir.
Türkiyə ATƏT-in Minsk qrupunun üzvlərini münaqişənin sülh yolu ilə həlli üzrə səylərini artırmağa çağırıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.