
Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Separatçıların arzuları boğazlarında qaldı
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
«Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik». Bunu «Report»a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyib.
Millət vəkilinin sözlərinə görə, bununla bağlı broşürlər hazırlamalı və Avropa Şurasında yayılmalıdır ki, ermənilərin vəhşiliyi haqqında təsəvvürlər daha da genişlənsin: «Biz işğal nəticəsində baş verən uşaqların məhv edilməsi faktına diqqət yönəltməliyik. Dünyanın buna nə reaksiya verməsinə aludə olmamalıyıq. Çünki kimsədən umacağımız yoxdur. Nəticə odur ki, torpaqlarımız işğal olunub və buna normal reaksiya ala bilmiriksə, uşağın ölümünə görə əlahiddə münasibət gözləməyimiz doğru olmaz. Biz sadəcə öz işimizi görməliyik. Çünki bunun nəticəsi əvvəl-axır olacaq».
Fazil Mustafa vurğulayıb ki, bu fakt doğru istifadə edilsə, müəyyən qərarların əsası olacaq, doğru istifadə edilməsə, bir neçə müddətdən sonra unudulacaq.
Onun sözlərinə görə, tək gənclər yox, bütün insanlar bu sahədə aktiv olmalıdır.
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri-1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.