vaxtlı-vaxtında oxuyun! Cümə, 19 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
«Dünya göz yummamalıdır» 22:59 | 5 iyul 2017 | Çərşənbə Məqaləyə 1642 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dünya göz yummamalıdır»

Azərbaycan Prezidenti və I vitse-prezident «Twitter» səhifəsində Alıxanlı faciəsindən yazdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev rəsmi «Twitter» səhifəsində dünən axşam saatlarında erməni qaniçənlərinin törətdiyi vəhşiliklə status paylaşıb: «The world community should not turn a blind eye to the killing of innocent people (Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır». İlham Əliyevin statusuna qana bulanmış oyuncaq şəkli qoyulub, bu da statusun erməni vandallığının qurbanı olan 2 yaşlı Zöhrə barədə yazıldığını göstərir.


***


Birinci Vitse-prezident Mehriban Əliyeva da rəsmi «Twitter» səhifəsində Serj Sərkisyan rejiminin törətdiyi terrorun 2 yaşlı qurbanı Zəhradan yazdı: «Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!»

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub.

Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.