vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
«Hər zaman kömək etməyə hazıram» 21:52 | 6 iyul 2017 | Cümə axşamı Məqaləyə 1186 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hər zaman kömək etməyə hazıram»

İsrailin keçmiş prezidenti ermənilər tərəfindən Zəhranın qətlə yetirilməsindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri Dalia İtzik Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: «Hörmətli cənab Prezident. Bu kədərli günlərdə Sizə dəstəyimizi bildirməyi və ölkələrimiz arasındakı möhkəm dostluğu vurğulamağı vacib hesab etdim.

Zati-aliləri, icazə verin son günlərdə həyatlarını itirənlərlə bağlı başsağlığımı çatdırım və yaralananların tezliklə şəfa tapmalarını diləyim.

Təəssüf ki, mənim xalqım da münaqişə və itkilərin ağrısını yaxşı bilir. Bu illər ərzində xalqlarımız əsgərlərinin və mülki əhalisinin canı və qanı bahasına əsas problemlərin öhdəsindən gəlməyi öyrənib.

İndi, Sizin gözəl ölkəniz yeni çağırışla üzləşməyə məruz qalır. Lakin təcrübəmiz bizə inamlı olmağı və heç vaxt qorxmamağı öyrədib. Heç şübhəm yoxdur ki, Siz güclü rəhbərliyiniz və zəkanızla xalqınızı daha uzun illər hər kəs üçün sülh və rifah təmin edəcək doğru yolla irəli aparacaqsınız.

İcazə verin, dostlarınız kimi Sizə bir daha həqiqi dəstəyimizi və fikirlərimizi bildirim. Hər zaman Sizə kömək etməyə hazıram».