
Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Separatçıların arzuları boğazlarında qaldı
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
«Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat nəticəsində iki mülki vətəndaş qətlə yetirilib. Biz təxribat qurbanlarının ailələrinə başsağlığımızı ifadə edirik və Azərbaycan xalqına dəstəyimizi ifadə edirik.
APA-nın Azərbaycanın Belçika Krallığındakı səfirliyinə istinadən məlumatına görə, bu barədə Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa, Avropa Xalqlar Partiyası), İveta Qriqule (Latviya, Avropa naminə Liberallar və Demokratların Alyansı -ALDA) və İvo Vayqlın (Sloveniya, ALDA) cəbhə xəttində baş verən son hadisələrlə əlaqədar birgə bəyanatında bildirilir.
Bəyanatda həmçinin bildirilir: «İnsan ölümü və zorakılıq hallarına son qoyulmalıdır. Münaqişələrin nizamlanması prosesində yalnız beynəlxalq hüquq normalarına hörmət edilməsinə üstünlük verilməlidir. Zorakılıq həll üsulu kimi seçilməməlidir.
ATƏT-in Minsk Qrupu həmsədrləri hər iki tərəfdən hərbi əməliyyatları dayandırmağa çağırıb və biz ATƏT-i Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc vətəndaşların qorunması baxımından daha dəqiq bir öhdəlik götürməsinə çağırırıq.
Avropa siyasətçiləri olaraq, biz həmçinin Ermənistandan əsassız və qeyri legitim siyasi məqsədlər üçün mülki şəxsləri və girov götürülmüş insanları hədəf kimi istifadə etməyə son qoymağı tələb edirik. Bu nəinki qeyri qanunidir, bu qorxaqlığın təcəssümüdür», - deyə bəyanatda deyilir.