
“Əsəbimdən yandırdım”
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Əvvəlkilərdə pozuntu olmazsa, vətəndaşlara 1, 3 və 5 illik turist vizaları veriləcək
Üzv ölkələr Avropa Parlamentinin təsdiqlədiyi qərarı ilin sonuna qədər ratifikasiya etməlidir
100 min itki verib xilas etdiyi Bolqarıstandan 8 il sonra qovuldular
Bolqarıstanda qocalar evi sakinlərinə işgəncə veriblər
Bolqarıstan büdcəsi gömrük xidmətinin türklərdən müsadirə etdikləri sərvətlə dolub
AB Bolqarıstanın Avrozonaya daxil olmasına yaşıl işıq yandırır
Uzun sürən danışıqlardan sonra Avstriyanın “saqqızını oğurlaya bildilər”
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
“Bu ssenariyə hazırıq…”
“Gazprom”un açıqlamasından öncə qaz təchizatı sıfıra düşüb
Rusiya səbəb kimi hər iki ölkənin ödənişin rublla edilməsi tələbi ilə razı olmadıqlarını göstərir
“Xarici səfirin bolqar xalqının adından bolqar hökumətinə qarşı çıxış etməsi yolverilməzdir”
Bolqarıstan və Polşa Rusiya qazından imtina etdi, Azərbaycan və Əlcəzair qazına keçir
Bolqarıstan rəsmiləri ölkədən çıxarılan şəxslərin adlarını açıqlamayıb
Dünən Azərbaycanın Bolqarıstandakı səfirliyi bəyanatla çıxış edərək, Bolqarıstan kütləvi informasiya vasitələrində guya Azərbaycanın diplomatik təyyarələri ilə Suriyaya silah daşınması ilə bağlı dərc olunmuş yazılara cavab verib. Bəyanatı həmin ölkənin FOCUS agentliyi yayımlayıb.
Öz şərhində Azərbaycan Respublikasının səfirliyi bildirir ki, səfirliyin İT-resursları haker hücumlarına məruz qalıb. Bu yaxınlarda baş vermiş həmin hadisə Azərbaycan Respublikasına, o cümlədən Xarici İşlər Nazirliyinə və onun onlayn-resurslarına kiberhücumlar seriyasından daha biri olub.
Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanları bu haker hücumunu araşdırır. Həmin haker hücumu ilə əlaqədar KİV tərəfindən əsassız ittihamların səslənməsi və hadisənin törədildiyi tarix təsadüfi deyil və Azərbaycan Respublikasına qarşı bu hücumun mənbəyi və ilhamvericiləri barədə məlumat verə bilər.
Bu haker hücumu bir daha nümayiş etdirdi ki, kibercinayətkarlıqla mübarizədə dövlətlər, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlıq son dərəcə zəruridir və buraya o cümlədən bu cür cinayətlərin həm daxili, həm də beynəlxalq səviyyədə təhqiqatların və cinayət təhqiqatlarının aparılması daxildir. Azərbaycan səfirliyi gözləyir ki, qəbul edən tərəf kimi və Azərbaycan səfirliyi tərəfindən internet-provayder xidmətləri istifadə edilən Bolqarıstan Respublikası bu məqsədə çatmaq üçün tam həcmdə əməkdaşlıq edəcək.
O ki qaldı mətbuatın Azərbaycanın «Silk Way» nəqliyyat aviaşirkətinin əməliyyatları barədə bəyanatlarına, səfirlik bu əsassız gümanları rədd edir. «Silk Way» aviaşirkəti Azərbaycanın yük daşımalarının maddi-texniki təchizatı sahəsində aparıcı qurumdur və bütün dünya üzrə özünün etibarlı, effektiv və şəffaf əməliyyatlarına görə beynəlxalq nüfuza malikdir, öz fəaliyyətini tamamilə İATA və İCAO beynəlxalq təşkilatlarının qaydalarına uyğun qurur.
Şərhdə bildirilir ki, özünü yaxşı tərəfdən doğrultmuş beynəlxalq təcrübəyə əsasən, təhlükəli yüklərin aviadaşıyıcıları silah üzərində nəzarət rejiminə və İATA və İCAO-nun qaydalarına riayət edirlər. Bununla birlikdə, onlar göndərən və qəbul edən ölkələrdən, həmçinin hava məkanını keçdikləri ölkələrdən diplomatik icazələr alır. Bu hallarda müvafiq yüklər barədə ətraflı məlumat diplomatik kanallarla təqdim olunur.