vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
«Ermənistanın Alxanlını atəşə tutması təxribatdır» 15:35 | 7 iyul 2017 | Cümə Məqaləyə 690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistanın Alxanlını atəşə tutması təxribatdır»

Minsk Qrupunun ikinci bəyanatı yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən növbəti erməni təxribatı ilə bağlı 4 iyul tarixində verilmiş bəyanatın ardınca ikinci bəyanat verilib.

«Trend»in məlumatına görə, bəyanatda həmsədrlər 4 iyulda atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıqlarını ifadə ediblər: «Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk».

Həmsədrlər tərəflərə Cenevrə konvensiyaları əsasında mülki insanların yolverilməz tələfatına səbəb olan zorakı addımlardan çəkinmək barədə öhdəliklərini xatırladırlar: «Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs razılaşlaşmalarına ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq».

Bəyanatda qeyd olunur ki, Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün qədər tez bir zamanda bərpası zərurətini vurğulayır: "Bu, regionun bütün xalqlarına sülh, çiçəklənmə və əsl barışıq gətirmək üçün yeganə yoldur».

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.