
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Separatçıların arzuları boğazlarında qaldı
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir
Urmiyada fəaliyyət göstərən internet portalı «Yol Press»ın başlatdığı «Azərbaycanın Zəhrası üçün» adlı imza kampaniyasına 20 mindən artıq vətəndaş dəstək verib. İmzalanan müraciətdə iyulun 4-də Füzuli rayonunda baş verən olaylara münasibət bildirilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 4-də Ermənistanın açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin iki sakini o cümlədən, 50 yaşlı Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra həlak olub.
«Zəhra Üçün» imza kampaniyası ilə əlaqəli hazırlanmış müraciət mətnində «beynəlxalq ictimaiyyət və ayıq vicdanların baş verən cinayət qarşısında səssiz qalmamaları» tələb edilib.
«Yol Press»ın məlumatına görə, İranın müxtəlif bölgələrində əksəriyyəti türk vətəndaşlardan ibarət olan minlərlə ictimai fəal, ziyalı və siyasətçi kampaniyaya dəstək verib.
İran Azərbaycanı şəhərlərinin bəzi millət vəkilləri Zəhra Quliyeva və nənəsinin ölümünə münasibət bildiriblər. Urmiya millət vəkili Ruhullah Həzrətpur İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifdən «Ermənistanın cinayətlərinə» rəsmi etiraz bildirilməsini tələb edib.