Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
2017-ci ildə dünyada neftə gündəlik tələbat 96,5 milyon barel təşkil edəcək. Bu proqnoz OPEK-in bu gün açıqlanan hesabatında öz əksini tapıb. Bundan əvvəlki hesabatla müqayisədə OPEK neftə olan gündəlik tələbatın həcminin 100 min barel artacağını proqnozlaşdırır. Sənədə əsasən, gələn il gündəlik tələbat 97,8 milyon barelə çata bilər.
Hesabatda bildirilir ki, bu il OPEK-ə daxil olmayan ölkələrdə orta sutkalı neft hasilatı 55,6 milyon barel təşkil edəcək ki, bunun da 11 milyon bareli Rusiyanın payına düşür. Kartel ölkələrinin hasil etdiyi neftə olan tələbat isə 400 min barel artaraq 32,4 milyon barel təşkil edəcək. OPEK gələn il üçün də bu rəqəmin dəyişməyəcəyini gözləyir.
OPEK-in açıqladığı hesabat birjalarda neftin qiymətinə pozitiv təsir göstərib. Günorta seanslarında "Brent" markalı neftin qiyməti 53,62 dollara qalxıb ki, bu da may ayından sonra qeydə alınan ən yüksək qiymətdir. Qərbi Texas nefti isə uzun fasilədən sonra 50 dollardan ha satılıb. Hazırda birjalarda WTİ nefti 50,11 dollara təklif olunur.(APA TV)