Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neftin qiymətləri ilə bağlı gözləntilər özünü doğruldub. APA TV-nin məlumatına görə, OPEK-in aylıq hesabatı açıqlandıqdan sonra neft bahalaşsa da, bu müvəqqəti xarakter daşıyıb.
Bir neçə psixoloji amilin təsiri ilə formalaşan qiymətlərdə yenidən tarazlıq yaranıb. Birjaların son iş günündə «Brent» neftinin qiyməti 51,45 dollar olub, Qərbi Texas nefti isə 48,17 dollardan satılıb.
Qiymətlərin 2 dollardan çox ucuzlaşmasının əsas səbəbi birja iştirakçılarının OPEK ölkələrində hasilatın artacağından ehtiyat etməsidir. Liviya və Nigeriyada gündəlik hasilatın müvafiq olaraq 1 milyon və 1, 75 milyon barelə çatması bazarda təklifin tələbatı üstələyəcəyi ehtimalı yaradır.
Bu gün Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatı açıqlanacaq. «Baker Hughes» şirkəti isə ABŞ və Kanadada şist nefti hasilatında iştirak edən buruqların sayına dair hesabat dərc edəcək. Hər iki sənəd bu gün neftin qiymətini müəyyənləşdirəcək əsas amillər olacaq.
Qeyd edək ki, birjalarda həftənin ticarət sessiyaları bu gün başa çatır. Birjalar fəaliyyətini bazar ertəsi bərpa edəcək.