Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:14 | 13 avqust 2017 | Bazar
Məqaləyə 2462 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Norayr Abramyan Ermənistanı tərk etməyə məcbur olub. Vətənində onu azərbaycanlı qızla evləndiyinə görə izləyiblər. Virtualaz.org xəbər verir ki, bu barədə «La Montagne» nəşri yazır.
Abramyan ailəsi ilə birlikdə Ermənistandan Rusiyaya köçüb və burada 3 il yaşayıb. Sonradan ailə Fransaya gedib və siyasi sığınacaq alıb. İndi onlar Orliyak şəhərində yeni həyat qurmağa çalışırlar.
Fransız nəşri qeyd edir ki, 36 yaşlı, arıq sifətə və hiyləgər pişik gözlərinə malik Norayr Abramyan son 15 ildə üzləşdiyi çətinliklərdən danışıb. Keçmiş sürücü və avtomexanik başına gələnləri nəql edib. Xristian ölkəsində azərbaycanlı müsəlman qızla evləndikdən sonra ona gün verməyiblər.
«İnsanlar məni təhqir edir və təhdid edirdilər, - Abramyan deyir. – Onlar deyirdilər ki, boşanım və məni o zaman rahat buraxacaqlar. Günlərin birində mənə hücum etdilər və kürəyimdən bıçaqla vurdular».
Xəstəxanada müalicə aldıqdan sonra qərara gəlirlər ki, Ermənistanı tərk etsinlər. İki il Moskvada qeyri-leqal işlərdə çörəkpulu qazanıb. Sonradan polisin əlinə keçib və onları deportasiya ediblər.
«Rusiyada miqrantlara 3 aydan artıq yaşamağa icazə vermirlər. Mən isə polisə pul verməklə 3 il yaşadım», - Abramyan danışır.
2008-ci ildə onu ölkədən qovarkən, Norayr qaçaqmalçı ilə dil tapır və yük maşınında Avropaya keçir. «Orilyakda iki il qaçqınlar üçün düşərgədə yaşadıqdan sonra oğlumuz oldu və mənzilə köçdük», - Abramyan deyir.
Hazırda o, gecə supervayzeri kimi çalışmaq üçün təlim keçir. Heç bir sənədi olmayan azərbaycanlı həyat yoldaşının isə işləmək hüququ yoxdur.
Məqalədə Norayrın azərbaycanlı həyat yoldaşının adı çəkilmir, heç fotoşəkli də dərc edilməyib. Buna görə də, Abramyanın bu əhvalatı şübhə doğurur. Ola bilsin ki, sığınacaq ala bilmək üçün o, erməni arvadını azərbaycanlı kimi təqdim edib və bunu sübut edəcək heç bir sənəd də yoxdur.
Vaxtilə virtualaz.org Hollandiyadan siyasi sığınacaq almaq istəyən azərbaycanlı fərari Vaqif Fərəcullayev barədə yazmışdı. Vaqif anasının erməni olduğunu bəhanə gətirərək, orduda xidmət etməkdən və ermənilərə qarşı vuruşmaqdan imtina etmişdi. Hollandiya hökuməti onun bu iddialarına şübhə ilə yanaşmış və uzun müddət sığınacaq təqdim etməmişdi. Lakin sonradan Vaqif istəyinə nail oldu və həmin ölkədə qaldı. Deməli, bu üsul işləyir.