
«Neftçi»də «təmizləmə» başladı
Klubun akademiyasında islahatlar qaçılmazdı
Klubun akademiyasında islahatlar qaçılmazdı
İstənilən nəticə Elxan Məmmədovun da gündəliyinə yazılacaq
... həm də pul
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
... Varsa, niyə gizlədilir?
Bir az şübhə, bir az qisas, bir az da...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
Nizami Hacıyev: «Bu yaşda xaricə getmək mənasızdır»
Tərlan Əhmədov: «Biz və siz oyunlara başqa prizmadan baxırıq»
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
Tərlan Əhmədov: «Futbola yuxarıdan baxanda daha rahatdı»
Ayxan Abbasov: «Orada ofsayd yox idi»
Çempionat başlayandan qələbə üzünə həsrət olan «Neftçi»nin debütant «Səbail»ə 1:0 hesablı məğlubiyyəti və «Kəpəz»lə heç-heçəsi fanatları daha da hiddətləndirib. Komandasından yalnız çempionluq gözləyən azarkeşlər sabiq çalışdırıcı Elxan Abdullayevi Elşad Əhmədovun əvəzləməsindən də narazıdı.
«Forza Neftçi»nin rəhbəri Sübhan Əliyev də şəxsi «Facebook» səhifəsində narazılığını bu şəkildə bildirib.
«Neftçi»nin bugünkü durumundan nigaran qalan ancaq biz fanatlarıq deyəsən. Bunlar nə fikirləşir, neyləmək istəyir? Elşad yaxşıdır deyirsiniz. O nə yatıb ki, nə də yuxu görüb? Vaxtında Elxan da yaxşı idi sizin üçün. Deyirlər Elşad «Neftçi»nin U-19 komandasında uğur qazanıb, əzmkar kollektiv formalaşdırıb. Qaquliklər, bunu birdəfəlik anlayın ki, «Neftçi»də uğurlu kimi tanınmaq üçün ancaq çempion olmalısan. Sizlər 2, 3-cü yerləri tutmağı uğur saya bilərsiz. Amma bizlər üçün uğur yalnız çempionluqdu. Allah eləməsin, Elşadla yola davam ediləcəksə, bu özünüz üçün «istefa»nı hazırlamaq deməkdi. «Neftçi» azarkeşi bu 3 ildə nağıllara doyub. Uğur qazanmaq istəyirsinizsə, pulu çox bəhanə etməyin. Pul vacib olsaydı «Səbail» şapalaq vurmazdı. İnanmaq lazımdı, mövsümün əvvəlidir ya uğur qazanacaqsınız ya da gedəcəksiz. Başqa yol yoxdur artıq, hər gələn məşqçinin avaz oxumasından doymuşuq».