
Təmkinli sürpriz
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
Təmkin Xəlilzadə: «Almanlar bizə irad bildirdilər ki, ...»
Berti Foqts Azərbaycan yığmasına sataşdı
... yaxud AFFA-da açılmayan sabahlar
Böyük şəxsiyyət istedad və ya çalışqanlıqla deyil hər ikisinin birləşməsiylə olur
Mundiala qatılmaqdan dəm vuranlar, indi qrupun sonuncusu olmamağa sevinir
Rekorda sevinməli, yoxsa buraxılan qola üzülməliyik?
Araz Abdullayev: «Çox qol vurduqca özünəinam da artır»
Rəşad Sadıqov: «Azarkeş sevgisi mənim üçün hər şeydən üstündü və onu itirmək çox ağırdı»
Rövnəq Abdullayev: «Gəlin, göydən enək, ayağımızı yerə qoyaq»
Ərazisi Əhmədli qəsəbəsi boyda olan ölkənin millisini yenmək qüruru
Ərazisi Əhmədli qəsəbəsi boyda olan ölkənin millisini yenmək qüruru
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Təmkin Xəlilzadə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qazanılan qələbədən (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az yığmada debüt matçına çıxan futbolçunun müsahibəsini təqdim edir:
- Oyuna yaxşı hazırlaşmışdıq. Doğma divarlar arasında oynadığımız üçün bizi ancaq 3 xal qane edirdi. Şükürlər olsun ki, azarkeşlərimizi məyus etmədik və qalib gəldik.
- 5 qol vurmağınız gözlənilməz olmadı?
- Yaxşı komandamız və baş məşqçimiz var. Oyundan əvvəl də deyilmişdi ki, fürsətlərdən maksimum yararlanmaq lazımdı. Futbolçular bu matçda əllərindən gələni etdilər.
- Debüt matçın necə keçdi?
- Ciddi həyəcan yox idi. Adi oyun kimi yanaşırdım. Buna kənardan qiymət vermək daha düzgün olardı.
- Ötürmə verdiyin epizod avtoqolla nəticələndi...
- Qələbədə pay sahibi olmaq əla hissdi. Ancaq sizə onu deyim ki, əsas komandamızın uğurudu. Mənim və ya başqasının qol vurmasının ciddi əhəmiyyəti yoxdu.