
“PROstoy” məşqçi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
Klublarımızı “təcrübə dovşanı”na çevirməyək
Bu, bir silsilədir. Bu, bir almanaxdır (almanax nədi ə?). Rövnəq Abdullayev hər özlərinə sərf eləyən futbol/idman hadisəsindən sonra həvəslə brifinqə gəlir. Ancaq danışdıqca müxtəlif çeşid «xoruzlar» buraxmağıyla el arasında məşhurdur. Daha bir məcmüəsi də dünən Azərbaycan - San-Marino (5:1) oyunundan sonra əmələ gəlmişdir.
Hazırsınız? Lets qo! (ə lesqo nədi?)
«Norveçə uduzandan sonra futbolçulara demişdim ki, 3-dən az qol vursanız, Azərbaycana gəlməyin»
Rövnəq müəllim, Norveçlə oyun (0:2) səfərdə olmuşdu. 3-dən az qol bir yana, sıfırdan çox qol vurmadığımız dəqiqdir. Hansı komandaya 3 qol vurmamış ölkəyə gəlməyi qadağan eləmişdiniz? Norveç məğlubiyyətindən sonra hamı bir nəfər kimi gəlib, San-Marino ilə Bakıda oynadılar. 5:1 hesabı ilə uddular. Yığma hardan Bakıya niyə gəlməməliydi?
«Futbolçuları çox da tərifləməyək. Çünki onlar orbitdən çıxdıqdan sonra özlərini yığa bilmirlər. Hələ qarşıda Çexoslovakiya ilə çox ağır oyun var» (orbit nədi ə?).
Çexoslovakiya. Yəni oktyabrın 5-də qəbul edəcəyimiz Çexiyanı deyir. Xəbəri yoxdur ki, Çexoslovakiya 1993-cü ildə Çexiya və Slovakiyaya ayrılıb. Hərəsinin öz dərdi-səri var. Bu, texniki səhv kimi sayıla bilərdi. Ancaq bir, uzağı iki dəfə olsa... Abdullayev hər brifinqdə belə səhvlər buraxır.
Mümkündü. Feyr-pley ilə pley-off fərqini bilməyən AFFA prezidentindən penaltinin neçə metr olduğunu soruşanda, əlbəttə, adama səhv cavab verər.
«Hamı istəyir ki, milli komanda irəli getsin. «Qarabağ» Çempionlar Liqasının qrupuna düşməklə bizi xeyli sevindirdi. İstərdik ki, milli komanda da yüksək səviyyədə oynasın. Biz də bundan ötrü əlimizdən gələni edir, həm klublara, həm də milliyə köməklik göstəririk. Çalışırıq ki, onlar da azarkeşləri sevindirsinlər».
Abdullayev, yenə klublara köməkdən danışdınız?! AFFA hansı kluba kömək edir? «Qarabağ» bulaşdırdığınız ölkə futbolu içində öz zəhməti və doğru idarəçiliyi hesabına uğurlar qazanıb. Nə kömək eləmisiniz? ÇL-in qrupuna çıxandan sonra məcbur eləyib, komandanı mənasız, faydasız BOS-da oynatmağa razı salmağınızdır kömək?
Yoxsa «oğlum xaricdən gəlmişdi, bekar idi, dedim bir klub verək ona» dediyiniz o məşhur «Səbail»i deyirsiniz? Öz bazasında didərgin düşən «İnter»in naməlum taleyi, yoxsa Hafiz Məmmədovla ədavətə görə məhv elədiyiniz «Bakı»nı, Mübariz Mənsimovla bazarlığın bitməyi ilə «Xəzər Lənkəran»ı bitirməyinizi deyirsiniz yardım? Heç sizin dost-doğma Vasif Talıbov «Araz Naxçıvan»ı çempionatınızda yarım mövsüm oynatmayıb, tərk eləmək göstərişi verdi axı. Hansına yardım elədiniz, Abdullayev?
O gün açıqlamanızda «demişdiniz ki», «Qarabağ» ÇL-in qrupuna yüksəlməsi Azərbaycan futbolunun gələcək uğurlarının ilk addımlarıdı. Ardıcıl 3 dəfə AL-in qrupuna qalxmış komanda haqda dediyiniz əndirabadi söhbət idi axı bu.
Nə qədər qarışdıracaqsınız aləmi bir-ibirinə?
Deyəsən «xoruzlar» olmasa, AFFA-da səhər açılmaz... (futbolpress.az)