Neftin bahalanmasının fəsadı
Elektrikli avtomobillərə tələbat artıb
11:13 | 7 sentyabr 2017 | Cümə axşamı
Məqaləyə 2395 dəfə baxılıb
Şriftin ölçüsü
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Rusiyanın Mərkəzi Bankı gözlənilmədən Azərbaycanı hasilatın azaldılmasına dair OPEC+ razlaşmasını (OPEC üzvü olan ölkələr və kartelə daxil olmayan ölkələr qrupu) pozmaqda ittiham edib. Virtualaz.org Rusiy KİV-lərinə istinadən xəbər verir ki, belə ittiham Mərkəzi Bankın sentyabr ayı üçün makroiqtisadi hesabatında səslənir. Hesabatda rublun dəyərdən düşməsi riskləri və iqtisadiyyatın bərpasına dair proqnozlar əksini tapıb.
İttiham isə ona görə gözlənilməzdir ki, Azərbaycan OPEC+ razılaşmasına vaxtlı-vaxtında əməl edən ölkələrdən biridir. Bir tərəfdən Azərbaycanda bu razılaşmadan əvvəl də hasilatın hər il tədricən azalması prosesi baş verirdi, o biri tərəfdən Bakı neftin qiymətinin artmasında ən çox maarqlı olanlardan biri kimi hasilatı məhdudlaşdırmaq təşəbbüslərinə əvvəldən dəstək verib, bu barədə danışıqlarda fəal iştirakçı olub.
Lakin Rusiya Mərkəzi Bankı bildirir ki, neft ixracatçıları dünya bazarında neftin qiymətini ABŞ, Qazaxıstan, Azərbaycan və «hasilatın məhdudlaşdırılması üzrə OPEC+ razılaşmasını pozan digər intizamsız ölkələrin» hasilatı artırması üzündən tənzimləyə bilmir.
Xatırladaq ki, hasilatın sutkada 1.2 milyon barrel azaldılmasına dair OPEC+ razılaşması formal olaraq 2018-ci ilin martına qədər qüvvədə olacaq. Bu razılaşmanın hazırlanmasında Rusiya fəal rol oynayıb. Çünki sanksiyaların təsiri altında əzilən Rusiya iqtisadiyyatı və büdcəsi neftin qiymətlərindən kritik asılıdır. ABŞ isə ümumiyyətlə hasilatın azaldılmasına dair heç bir danışıqlarda yer almayıb və OPEC+ razılaşmasının iştirakçısı deyil. Bu səbəbdən Rusiya Mərkəzi Bankının ittihamı birbaşa ABŞ-a aid deyil, hesabatda Azərbaycan və Qazaxıstan hədəfə alınır. Hansı ki, Qazaxıstan da hasilatı artırmaqla bağlı ittihamları qəti rədd edir.
Mərkəzi Bank bildirir ki, Rusiya razılaşmaya 100 faiz əməl edir, yəni hasilatı sutkada 300 min barel azaldıb. «Azərbaycan, Qazaxıstan, Meksika, Oman isə əvvəlki kimi üzərlərinə götürdüyü kvotanın 70 faizinə əməl edir», - hesabatda deyilir.
Hesabata əsasən Ekvadorun OPEC+ razılaşmasından çıxmağa hazırlaşması əlavə risk yaradır, çünki onun ardınca İraq da razılaşmanı tərk edə bilər.