
“Uçuş vasitələri məhv ediləcək”
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
Aprel döyüşlərindən sonra Cəbrayılın kəndlərindən birinə atılmış 15 erməni hərbçinin taleyi
Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
Düşmən Xocavənd istiqamətində itki verdi
Ordumuz Ermənistana məxsus növbəti PUA-nı məhv etdi
Düşmən kəşfiyyatçısı Ermənistanı təşvişə saldı
Separatçı generaldan etiraf: «Biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik»
Voskanyan vəhşiliyi nəticəsində Minasyanın dalağını itirdi
Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir
Azərbaycan ordusu cənub istiqamətində təmas xəttini yarır, Ermənistandan köməyə tanklar göndərilir...
Ermənistan ordusunda xaos - nəinki əsgərlər, hətta zabitlər qaçır
Düşmən zabitləri qoçuluq edir, dedovşina baş alıb gedir
Ağdərə istiqamətində Ermənistan ordusunun azı üç hərbçisi öldü
Azərbaycanla qoşunların təmas xətti boyu erməni mövqelərini möhkəmləndirmək üçün canlı qüvvənin çatışmaması Ermənistan Müdafiə Nazirliyini yeni qanun layihəsini parlamentə göndərməyə məcbur edib.
Virtualaz.org xəbər verir ki, qanun layihəsinə əsasən ali məktəblərə qəbul edilənlər üçün hərbi xidmətdən möhlət hüququ ləğv ediləcək. Bu haqda erməni KİV-ləri yazır.
İndiki qanunvericiliyə əsasən dövlət hesabına pulsuz ali təhsil alanlar təhsil müddətini başa vurana qədər hərbi xidmətdən möhlət hüququ qazanırdı. Lakin Müdafiə Nazirliyinin təklif etdiyi qanun layihəsinə əsasən təhsilini davam etdirmək üçün ancaq o tələbələr hərbi xidmətdən möhlət hüququ qazanacaqlar ki, onlar paralel olaraq nazirliklə müqavilə bağlasın və təhsil müddəti ərzində hərbi hazırlıq keçsin. Təhsili başa vurandan sonra isə nazirliyin təklif etdiyi yerdə və təklif etdiyi şərtlər əsasında hərbi xidmətə yollansın.
Başqa sözlə bu, tələbələr üçün Qarabağda xidməti bəribaşdan seçmək deməkdir. Həmin tələbələr ali təhsili başa vurduqdan sonra Ermənistan ordusunda 3 il zabit kimi xidmət etməlidir.
Qanun layihəsi nəzərdə tutur ki, hərbi xidmətdən möhlət hüququ qazanmaq istəyən tələbələr ali təhsillə paralel olaraq şənbə və bazar günləri iki il ərzində ali hərbi instituta hazırlıq kursuna getməlidir. Bu kursu bitirənlərə leytenant rütbəsi veriləcək və onlar 540 dollardan başlayan maaşla təmas xəttində xidmətə göndəriləcəklər.
Xatırladaq ki, Ermənistan ordusu yeni döyüş əməliyyatlarının başlaması riskinə qarşı təmas xətti boyu mövqelərini möhkəmləndirməyə çalışır, lakin bunun üçün kifayət qədər canlı qüvvə yoxdur və postların bir çoxunda cəmi iki-üç əsgər saxlamaq mümkün olur. Ermənistan vətəndaşları isə Qarabağda xidmət etməkdən bütün mümkün üsullarla yayınmağa çalışırlar.