Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quttereşhazırda dünyada bir çox problemlərin olduğunu vurğuladı, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirdi. Qaçqınların sayının artması, miqrasiyanın çağırışları, insan alveri, iqlim dəyişikliyi və digər mövcud qlobal problemlərə toxunan BMT-nin Baş katibi əminliyini ifadə etdi ki, yalnız birlikdə sülhə nail olmaq və qarşılıqlı etimadı bərpa etmək mümkündür.
BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak dünyada davam edən münaqişələrin ən çox sadə insanlara ziyan vurduğunu dedi. O, yoxsulluq, iqlim dəyişikliyi, beynəlxalq terrorizmin çağırışları ilə bağlı fikirlərini bölüşdü, bu problemlərin insanların həyatına birbaşa təsir etdiyini vurğuladı. Miroslav Layçak qeyd etdi ki, sülhün təmin edilməsi və müharibələrin qarşısının alınması BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.
Sonra Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer müzakirə olunan mövzularla bağlı fikirlərini bölüşdü.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp BMT-nin fəaliyyətinin daha da səmərəli olmasının vacibliyinə toxundu. O, vurğuladı ki, dövlətlər xalqların maraqlarını və gələcəyini müdafiə etməlidir. ABŞ Prezidenti dedi ki, biz birlikdə çalışmalıyıq və təhdidlərə qarşı bir olmalıyıq. Donald Tramp Türkiyə, İordaniya və Livana Suriyadan olan qaçqınları qəbul etdiklərinə görə minnətdarlığını da bildirdi.