Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:50 | 26 sentyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 2537 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
«Brent» nefti, Türkiyənin Şimali İraqdan neft nəqlini dayandıra biləcəyi xəbərdarlığının ardından iki ilin ən yüksək səviyyəsinə qalxıb. «Marja» xəbər verir ki, dünən və bu gün birlikdə neft 4,5 faizə yaxın bahalaşıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İraqın şimalında kürdlərin keçirdiyi müstəqillik referendumu səbəbindən verdiyi açıqlamada, Türkiyənin İraqın Kürd bölgəsindən ərazisindən neft ixracatını dayandıra biləcəyini qeyd edib.
Siyasi statusu mübahisəli olan neftlə zəngin Kərkük başda olmaqla, fərqli etnik qrupların yaşadığı bölgədə yeni münaqişənin baş verəcəyi xofu mövcuddur.
Digər tərəfdən, BP Plc-nin yüksək vəzifəli bir rəhbərinə görə, OPEC və tərəfdaşları, bazarın yenidən tarazlığa qovuşa bilməsi üçün, hasilatın azaldılmasını Mart ayından sonrakı dövrə də uzatmalıdır.
Bu ay neft qiymətləri, xam neft tələbinin artmaqda olduğuna dair təxminlər və Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) hasilat məhdudiyyətlərini davam etməsi ilə 10 faizdən çox bahalaşıb.
Ətrafı quru ərazilər olan İraqın Kürd bölgəsi, Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatan neft boru xəttilə gündəlik 700,000 barelə qədər neft ixrac edə bilir.
Analitiklər bildirirlər ki, geo-siyasi problemlər davam etmə meyli göstərər və bu vəziyyət qiymətlərin daha uzun bir müddət yüksək qalmasına səbəb ola bilər.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, «Brent» nefti, Londonda «ICE Futures Europe» birjasında 59.41 dollardan, «WTI», «Nymex» bazarında isə 52.23 dollardan alıcı tapıb.