
Pıçıldamayan akademik ...
... yaxud elm və təhsilə ayrılan dövlət büdcəsinin qaymağını sümürən AMEA-da nə ixtira olunur?
... yaxud elm və təhsilə ayrılan dövlət büdcəsinin qaymağını sümürən AMEA-da nə ixtira olunur?
Ölkənin aparıcı riyaziyyat institutu elmi mübahisədən niyə çəkilib?
Və ya AMEA-nın Qafqazşünaslıq İnstitutu niyə ləğv edilir?
Yazılarımızın ilk oxucuları özümüzdük
Bütün məlumatlar sistemə daxil olacaq
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
Azərbaycan elminin aqibəti: necə olacaq?
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ilk dəfə olaraq molekulyar bio texnologiyadan istifadə etməklə bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub.
Virtualaz.org-un məlumatına görə, bunu AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov «Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya» mövzusunda elmi məruzə ilə çıxışı zamanı deyib.
T.Məmmədov bildirib ki, vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili müasir dövrün ən mühüm problemlərindəndir.
Onun sözlərinə görə, hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və s. vasitəsilə həyata keçirilir. Alim bildirib ki, son illər bitki ekspressiya sistemləri iqtisadi və təhlükəsizlik baxımından ən perspektivli olduğu üçün istehsalda daha çox istifadə edilir. Məruzəçi onu da əlavə edib ki, müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurəti yaranırdı. T.Məmmədov bu məqsədlə daha mükəmməl texnologiyanın hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, ilk dəfə olaraq bu texnologiyadan istifadə etməklə malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub.
Məruzəçi alınan nəticələrin patentləşdirildiyini və nüfuzlu jurnalda çap olunduğunu deyib. Həmçinin vurğulayıb ki, bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır. Professor rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılmasının böyük iqtisadi səmərə verəcəyini də deyib. Onu da əlavə edib ki, insan və heyvanlar üçün qiymətli dərman preparatlarının bu yolla ölkə daxilində istehsalı Azərbaycanın bu məhsulların idxalından asılılığının azalmasına imkan yaradacaq.