Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
İraq ordusunun Kərkükdə əməliyyatlara başlaması neftin qiymətini bahalaşdırıb. APA TV-nin xəbərinə görə, birja iştirakçıları əməliyyatla əlaqədar İraqdan neft daşımalarında fasilələrin yaranacağından ehtiyat edirlər.
Hazırda Kərkük bölgəsindən dünya bazarına gündə 600 min barel neft ixrac edilir. Əməliyyatların davam edəcəyi təqdirdə, bu rəqəm 450 min barelə enə bilər. Bu səbəbdən sərmayədarlar riskləri nəzərə alaraq neft ehtiyatlarını artırmağa üstünlük verirlər.Bundan başqa geosiyasi faktorlar və Çinin neft idxalını artırması qiymətlərin bahalaşmasını dəstəkləyir. Birja həftəsinin ilk günündə «Brent» markalı neftin qiyməti 57,81 dollara çatıb, Qərbi Texas nefti isə 51,86 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi ABŞ-ın qiymətləri müəyyənləşdirməkdə rolunun azaldığını təsdiqləyir. Luizianada neft platformasında partlayış qasırğalar və texnogen qəzalar səbəbilə ABŞ-ın neft sektorunun öz ənənəvi gücünü hələ bir müddət bərpa edə bilməyəcəyini göstərir.
Bu gün dünyanın tanınmış neft analitikləri arasında keçirilən sorğunun nəticələri açıqlanacaq. Bu sorğu həftə ərzində birjalarda neftin qiyməti barədə ümumi təsəvvür formalaşdırmağa imkan verir.