
53 yaşlı zərif cəngavər
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Noyabrın 24-də Brüsseldə Avropa Birliyinə (AB) üzv ölkələrin xarici işlər nazirlərinin sammiti keçiriləcək. Sammit çərçivəsində «Şərq tərəfdaşlığı» Proqramına üzv dövlətləri başçılarının da iştirakı gözlənilir. Onlardan biri - Ermənistan və qurum arasında əməkdaşlıq haqda çərçivə sənədinin imzalanması da gözlənilir. Lakin imzalanacağı təqdirdə sənəd yalnız bütün AB üzvü olan ölkələr və Ermənistan tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.
Məlumdur ki, analoji sazişlə bağlı Azərbaycanla da müzakirə aparılır. Lakin imzalanma tarixi hələlik dəqiq deyil. Bu tarix ilin sonuna da təsadüf edə bilər, gələn ilə də. Məsələ barədə danışan Azərbaycan prezidenti İlham Əliyev az öncə AB rəsmiləri ilə Bakı görüşü zamanı bildirib ki, Brüssel sammitinə qatılmaq qərarı verib və sənədlə ilgili Azərbaycanın əsas şərti də orda ölkəmizin ərazi bütövlüyünün birmənalı şəkildə əskini tapması ilə bağlıdır. Yəni işğal faktının hansısa şəkildə təsbit edilməsidir.
Bu, əlbəttə ki, Azərbaycanın beynəlxalq hüquqdan doğan haqlı tələbidir. Ermənistan isə xəbər verdiyimiz kimi, özü ilə AB arasında imzalanması nəzərdə tutulan sənədə Qarabağla bağlı öz müqəddəratını təyinetmə prinsipinin salınmasına da çalışır - hansı ki, Azərbaycanı əsla qane edə bilməz və hətta Bakının Brüssellə anlaşmasına əngəl yarada bilər. Çərçivə sənədinin İrəvan üçün birinci kritik önəmi də elə bundan ibarətdir - Qarabağ məsələsinin həllində xalqların öz müqəddəratını təyinetmə haqqının orada əks olunub-olunmaması.
***
Təcavüzkar ölkədən ötrü ikinci mühüm məsələ isə sənəddə rəsmi İrəvanın Metsamor AES-in bağlanması ilə bağlı öhdəlik götürməsi ilə bağlıdır. Ermənistan XİN-in rəsmi saytında dərc olunmuş Avropa Birliyi ilə sazişin tərcümə versiyasında deyilir ki, «Metsamor AES-in istismarını dayandırmaqla Ermənistan ölkənin enerji təhlükəsizliyini təmin etmək məqsədilə istehsal güclərini əvəzləməyə yönəlmiş addımlar atmalıdır».
Lakin AES Ermənistanın elektrik enerjisi ilə təmin edən əsas stansiyadır və hələ ki onun real alternativi yoxdur. Ya da İrəvan qonşu ölkələrdən Azərbaycan və İrana alternativ enerji mənbəyi kimi ağız açmalıdır. Ölkədəki iqtisadçılar, müxtəlif düşərgələrdən olan siyasətçilər, hərbçilər də bildirirlər ki, AES bağlanarsa, o halda ölkə energetika böhranına girəcək. Digər qisim erməni ekspertlərin iddiasına görə, AB-nin AES-i bağlamaq tələbinin arxasında Ermənistanın mövqelərini zəiflətmək və onu 1990-cı illərin əvvəlinin qaranlıq və soyuq günlərinə qaytarmaq niyyəti dayanır.
Yeri gəlmişkən, Ermənistana müasir texnologiyalı yeni AES bloku tikintisi də təklif olunub. Hökumət isə bunun 5 milyard dollara başa gələcəyini, bu məbləğin ölkənin büdcəsinə uyğun olmadığını bildirir. Bir müddət əvvəl isə ABŞ hökuməti Metsamorun dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olduğunu açıqlayıb.
Mütəxəssislər istənilən beynəlxalq nüvə təhlükəsizliyi standartları baxımından bu stansiyanın dünya və region üçün böyük risk olduğu qənaətindədirlər. Belə ki, stansiya 9 ballıq seysmik zonada yerləşir. Bu gücdə zəlzələ baş versə, AES yeraltı təkanlara davam gətirməyəcək. Digər təhlükə isə Metsamor AES-in daxili qoruyucu örtüyünün olmamasıdır ki, hər hansı qəza anında atom zərrəcikləri birbaşa atmosferə ötürüləcək.
***
Əlavə edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri, həmçinin erməni ictimaiyyətinin müəyyən kəsimi də AES-in bağlanmasını tələb edir. Bu mənada Sərkisyan hökumətinin AB ilə çərçivə sənədi ilə bağlı ikinci seçimi məhz Metsamor AES-lə bağlı olacaq.
Onu da qeyd eləməyə dəyər ki, ara-sıra işğalçı ölkədən Azərbaycanın ünvanına səslənən əsas təhdidlərdən biri - «çirki atom bombası» ilə bağlı hədələr məhz Metsamor AES-in varlığından (radioaktiv tullantılar nəzərdə tutulur) qaynaqlanır...
***
Əslində AES-in qapadılması Rusiyanın da marağında deyil. Çünki bu, ən azından, satellit Ermənistanın ondan güclü energetik asılılığı deməkdir. AES bağlanarsa, Ermənistan üçün İran və Azərbaycanın energetik önəmi artacaq. Bu xüsusda bəzi analitiklər hesab edir ki, Rusiya son anda İrəvanı 2013-cü ilin sentyabrındakı kimi, sənədi imzalamaqdan çəkindirə də bilər.
Hər halda, bu gündən gerisayım başlayıb. 1 ay qaldı.