vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
Əsrin layihəsinin açılış mərasimi başladı 15:13 | 30 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 1331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsrin layihəsinin açılış mərasimi başladı

Qeyri-neft sektoruna aid olan ilk böyük investisiya...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının 70 km cənub-qərbində Ələt qəsəbəsində Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimi artıq başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan, Gürcüstan baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakintjan Sagintayev, Özbəkistan baş naziri Abdulla Aripov iştirak edirlər.

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi 2007-ci ildə imzalanmış Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilib.

Layihə çərçivəsində Gürcüstanda Axalkalaki stansiyasından Qars şəhərində dəmir yolu stansiyasına qədər 105 km uzunluğunda dəmir yolu xətti tikilib, bunun 76 kilometri Türkiyənin, 29 km-i Gürcüstan ərazisinin payına düşür. Axalkalakidə həmçinin 1435 mm / 1520 mm təkərdəyişdirmə stansiyası tikilib. Həmçinin, 183 km-lik Axalkalaki-Tiflis hissəsinin yenidənqurması həyata keçirilib. BTQ-nin ümumi uzunluğu 826 km-dir.

Birinci mərhələdə BTQ ilə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınacaq, gələcəkdə illik yük axını 17 milyon tona, sərnişin axını 2 milyona çatdırılacaq.

Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən maliyyələşdirilib. Azərbaycan Gürcüstana ümumi məbləği 775 milyon dollar olan iki imtiyazlı kredit ayırıb.

BTQ ilə qatarların maksimum hərəkət sürəti saatda 120 km-ə çatacaq.

BTQ Avropadan Çinə qədər dəmir yollarının birləşdirilməsi üzrə daha böyük layihə olan yeni «Böyük İpək Yolu» layihəsinin bir hissəsidir.

Türkiyə dəmir yollarının inkişafı proqramına əsasən İstanbulda Bosfor körfəzi altında Marmaray sualtı dəmir yolu tuneli tikilib, bu, ümum-Avropa dəmir yolları şəbəkəsi ilə birbaşa əlaqəni təmin edir.

BTQ-nin açılışı birbaşa dəmir yolu daşımalarını (yüklər bir nəqliyyat növündən başqasına yüklənmədən) həyata keçirməyə imkan verəcək. Bu, okean daşımalarına alternativ olacaq və malların yolda keçirdiyi vaxtı iki dəfədən çox - 12-15 günə qədər azaltmağa imkan verəcək.