Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
22:54 | 6 noyabr 2017 | Bazar ertəsi
Məqaləyə 2170 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft qiymətləri, Səudiyyə Ərəbistandakı son hadisələrin ardından iki ilin ən yüksək səviyyəsinə qalxıb. Belə ki, 11 şahzadənin, nazirlərin, investorların və milyarderlərin korrupsiya ilə mübarizə çərçivəsində həbs olunması neft qiymətlərinin bahalaşması ilə nəticələnir.
Bakı vaxtı ilə saat 21:15-də «Brent» neftinin qiyməti 63,82 dollar olub. Neft bu gün 2,8 faiz bahalaşıb. Ümumiyyətlə həbslərdən sonra neftin qiyməti 4,5 faiz ətrafında artıb.
Ölkənin qabaqcıl iş adamlarından, dünyanın ən varlı insanları arasında yer alan Şahzadə Əl Vəlid bin Talal da həbs olunanlar arasında yer alır. Şahzadənin dünyanın bir neçə iri şirkətində və bankında investisiyaları var. Əl Vəlid bin Talal OPEC-in hasilatın azaldılması müqaviləsinə qarşı çıxırdı. Həbslərdən sonra, hasilatın azaldılması müqaviləsinin tərəfdarı olan varis şahzadə Məhəmməd bin Salman qarşısındakı daha bir maneə götürülüb. Bu səbəbdən neft qiymətləri yüksəlir.