
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
Hərbi Prokurorluqda cinayət işi açılıb
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
Daha bir sabiq idarə rəisi həbs edilib
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
4 yüksək rütbəli zabit həbs edildi
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
Yaxud generalların pul oyunu
General-polkovnik nazirimizin səfərində iki hədəf
Zakir Həsənov İsraildə Azərbaycanın Milli Qəhrəmanının ailəsi ilə görüşdü
General-polkovnik Zakir Həsənov ilkə imza atdı
General Zakir Həsənov Moskvada jurnalistlərə danışdı
İrəvanın ermənilər üzərində qurduğu duman dağılır
Ekspertlərin fikrincə, Zakir Həsənov sərrast şəkildə lazımi hədəflərə toxunub
Zakir Həsənov: «Düşmənin uzun illər boyu möhkəmləndirdiyi müdafiə xəttini biz cəmi 40 dəqiqəyə yardıq»
Zakir Həsənov: «Ermənilər bilir ki, kənardan müdaxilə olmasa, ...»
Yanvarın 28-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində «Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr»i keçirilib. Bu barədə mediaya nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata görə, tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini kontr-admiral Edoardo Kompiani rəhbərlik ediblər.
Müzakirələr zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilmiş, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış və yekunda «Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq Planı» imzalanmışdır.
Tədbirdə İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillo və İtaliya Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi kontr-admiral Emanuele Botazzi iştirak etmişlər.