Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
10:48 | 26 noyabr 2017 | Bazar
Məqaləyə 2480 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
50 ildən artıq dövr ərzində Səudiyyə Ərəbistanının neft naziri OPEC-in növbəti iclasında hansı qərarların qəbul edilə biləcəyinə dair cəmi iki söz deməklə neftin qiymətlərinə təsir göstərə bilərdi. Nəticədə insayderlər milyonlarla, hətta milyardlarla dollar qazanc əldə edirdi. İndi isə hər şey dəyişib. OPEC-in neftin qiymətinə təsir imkanı qalsa da bu məsələdə həlledici rolu səudiyyəlilər deyil, Rusiya prezidenti Vladimir Putin oynayır.
Virtualaz.org xəbər verir ki, bu sətirlər «Bloomberg»in OPEC və bu kartelə daxil olmayan neft ölkələrinin gələn həftə noyabrın 30-da keçiriləcək yığıncağı ərəfəsində dərc etdiyi təhlildəndir. Vyanada OPEC+ fortmatında keçiriləcək toplantıda neft hasilatının məhdudlaşdırılmasına razılaşmanın uzadılması məsələsinə baxılacaq. Hansı ki, bu razılaşma sayəsində neftin qiymətinin «dibə vurmasının» qarşısı alınıb, hazırda qara qızılın bir barreli 64 dollara yaxındır və nəticədə Rusiya da daxil olmaqla neft ölkələri yenidən neft pullarının sel kimi axdığı günlərin geri qayıtmasından məmnun görünür.
«Putin dünya energetikasının çarı oldu», - bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Helim Kroft deyir. O, Nyu-Yorkda RBC Capital Markets konsaltinq şirkətində qlobal əmtəə strategiyaları üzrə araşdırmalara rəhbərlik edir.
OPEC-in yüksək rütbəli rəsmisi isə adının açıqlanmaması şərti ilə bildirib ki, Putin hazırda şərtləri diktə edir. «Bloomberg» neft bazarında şərtləri Putinin diqtə etdiyinə misal olaraq onun Səudiyyə kalı Salmanın Moskvaya səfəri ərəfəsində verdiyi bəyanatı xatırladır. Putin bildirmişdi ki, OPEC+ razılaşması gələn il də uzadıla bilər, hərçənd bu məsələdə yekun qərar verilməyib. Buna baxmayaraq Putinin bəyanatı kifayət etdi ki, neftin qiymətləri qısa müddət də olsa kəskin artsın.
Agentlik qeyd edir ki, Kremlin OPEC üzərində getdikcə artan təsiri dünya arenasında iqtisadi, diplomatik, hərbi və kəşfiyyat tədbirlərinin geniş arsenalından istifadə etməklə ABŞ-ın nüfuzunu azaltmağa yönəlmiş siyasətinin tərkib hissəsidir.
Gözlənilir ki, noyabrın 30-da Vyanada neft hasilatının məhdudlaşdırılmasına dair razılaşma qüvvədə saxlanılacaq. Bu zaman Putinin mövqeyi növbəti dəfə diqqət mərkəzinə gələcək. «Ortada bütün maraqlı ölkələrin, o cümlədən Putinin bu sövdələşməyə cəlb etdiyi Azərbaycan və Qazaxıstan kimi keçmiş sovet respublikalarının iqtisadi və siyasi maraqları var. Bu görüşün iştirakçısı olacaq ölkələr dünya neft hasilatının 60 faizini təmin edir», - agentlik qeyd edir.