Neft bahalaşdı
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
14:18 | 8 fevral 2018 | Cümə axşamı
Məqaləyə 2351 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
ABŞ-da neft və benzin ehtiyatları azalması qiymətlərə təsir etdi
“Goldman Sachs” 2026-cı ildə 52 dollarlıq proqnoz verdi
ABŞ-la Çin arasındakı ticarət savaşında qara qızıl zərbə alır
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
OPEC+ istehsal artımı gözlənilir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
ABŞ-ın gündəlik xam neft hasilatı miqdarı, ölkə tarixində ən yüksək səviyyəyə çataraq rekord qırdı. ABŞ Enerji İnformasiya Agentliyinin (EİA) açıqladığı məlumatlara görə, ölkənin xam neft istehsalı 27 yanvar - 2 fevral tarixlərində, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 332 min barel artımla 10,25 milyon barelə yüksəlib.
Beləliklə, ABŞ-ın gündəlik xam neft istehsalı miqdarı ölkə tarixindəki ən yüksək səviyyəyə qalxaraq, rekord qırıb. ABŞ-ın ən yüksək xam neft istehsalı sonuncu dəfə 1970-ci ilin Noyabr ayında gündəlik orta hesabla 10,04 milyon barrel olmuşdu.
Dünyanın 2-ci ən böyük neft istehsalçısı oldu
Keçən həftə Səudiyyə Ərəbistanın xam neft hasilatına çatan ABŞ, bu həftəki artımla Səudiyyəni geridə qoyub və dünyanın ən böyük 2-nci xam neft istehsalçısı mövqeyinə yüksəlib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən son göstəricilərinin yer aldığı yanvarında Neft Bazarı Hesabatına görə, Səudiyyə Ərəbistanının xam neft hasilatı dekabr ayında gündəlik orta hesabla 9,92 milyon barrel olmuşdu.
ABŞ qlobal neft istehlakında birinci yeri tutarkən, Səudiyyə Ərəbistanı isə dünyanın ən böyük neft ixracatçısı mövqeyindədir. Rusiya isə xam neft istehsalında dünyada birinci yerdədir.
Digər tərəfdən, EİA-nın dünən dərc olunan hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,6 milyon barrelə yüksəlməsi, gələn il də 11,2 milyon barrelə çataraq Rusiyanı keçəcəyi gözlənilir.
Neft ucuzlaşıb
Həmçinin EİA, ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının 27 yanvar - 2 fevral dövründə 1,9 milyon barel (0,5 faiz) artaraq 420,3 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi isə ehtiyatların 3,2 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,8 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 500 min (0,1 faiz) barel artaraq 665,1 milyon barelə yüksəlib.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 3,4 milyon barel (1,4 faiz) artımla 245,5 milyon barel olub. Benzin ehtiyatlarına dair bazar gözləntisi də 0,5 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2 milyon barel azalmışdı.
Bundan başqa, sözügedən dövrdə ABŞ-ın xam neft ixracı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 478 min barel azalaraq 1,29 milyon barelə, xam neft idxalı da gündəlik orta hesabla 538 min barrel azalma ilə 7,89 milyon barrelə enib.
ABŞ-ın xam neft hasilatının rekord səviyyəyə çatmasının ardından qlobal bazarda neftin qiymətləri düşüb.
«Brent» növü neftin qiyməti 65,30 dollara, ABŞ-ın Qərbi Texas («WTI») tipli neftinin qiyməti isə 61,59 dollara qədər geriləyib.
ABŞ rekord qırdı...
… Neft hasilatında dünyada 2-ci oldu
ABŞ-ın gündəlik xam neft hasilatı miqdarı, ölkə tarixində ən yüksək səviyyəyə çataraq rekord qırdı. ABŞ Enerji İnformasiya Agentliyinin (EİA) açıqladığı məlumatlara görə, ölkənin xam neft istehsalı 27 Yanvar - 2 Fevral tarixlərində, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 332 min barel artımla 10,25 milyon barelə yüksəlib.
Beləliklə, ABŞ-ın gündəlik xam neft istehsalı miqdarı ölkə tarixindəki ən yüksək səviyyəyə qalxaraq, rekord qırıb. ABŞ-ın ən yüksək xam neft istehsalı sonuncu dəfə 1970-ci ilin Noyabr ayında gündəlik orta hesabla 10,04 milyon barrel olmuşdu.
Dünyanın 2-ci ən böyük neft istehsalçısı oldu
Keçən həftə Səudiyyə Ərəbistanın xam neft hasilatına çatan ABŞ, bu həftəki artımla Səudiyyəni geridə qoyub və dünyanın ən böyük 2-nci xam neft istehsalçısı mövqeyinə yüksəlib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən son göstəricilərinin yer aldığı yanvarında Neft Bazarı Hesabatına görə, Səudiyyə Ərəbistanının xam neft hasilatı dekabr ayında gündəlik orta hesabla 9,92 milyon barrel olmuşdu.
ABŞ qlobal neft istehlakında birinci yeri tutarkən, Səudiyyə Ərəbistanı isə dünyanın ən böyük neft ixracatçısı mövqeyindədir. Rusiya isə xam neft istehsalında dünyada birinci yerdədir.
Digər tərəfdən, EİA-nın dünən dərc olunan hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,6 milyon barrelə yüksəlməsi, gələn il də 11,2 milyon barrelə çataraq Rusiyanı keçəcəyi gözlənilir.
Neft ucuzlaşıb
Həmçinin EİA, ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının 27 Yanvar - 2 Fevral dövründə 1,9 milyon barel (0,5 faiz) artaraq 420,3 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi isə ehtiyatların 3,2 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,8 milyon barel artım qeyd etmişdi.