Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
14:33 | 8 fevral 2018 | Cümə axşamı
Məqaləyə 2677 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Dünya valyuta birjalarında avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində ucuzlaşma daha da sürətlənib.
Son bir neçə ay ərzində dünya iqtisadiyyatı ilə bağlı müsbət fundamental göstəricilərin açıqlanması, aparıcı valyutaların dollara nisbətən məzənnələrinin bahalaşmasına təsir etməklə yanaşı, nəticədə təzyiq altında qalan ucuz dollar fonunda ABŞ maliyyə nazirinin də bundan narahat olmadıqlarını bildirməsindən sonra bu tendensiya daha da gücləndi. Lakin son bir həftədir aparıcı valyutaların dollara nisbətən qiymətlərində korreksiyalar müşahidə edilir.
Çərşənbə axşamı isə son bir həftənin minimum səviyyələrinin yenilənməsindən sonra Amerika sessiyasında avro, funt sterlinq və lirənin qiymətlərində 0.6 faizlik bahalaşma olsa da, bu gün qiymətlərin bu göstəricini sıfırladığını və son bir həftənin minimum səviyyəsini qırdıqlarının şahidi oluruq.
Maliyyə bazarlarında avro/dollar, funt sterlinq/dollar və dollar/lirə məzənnələrində korreksiyalar investorların gələcək iki həftə ərzində açıqlanacaq önəmli fundamental məlumat öncəsi geri çəkilmələri ilə əlaqələndirilir. Bununla yanaşı, «BREXIT» danışıqları fonunda Avropa Birliyinin tələblərini gələcəkdə sanksiyaların tətbiqi imkanı ilə sərtləşdirməsi xəbərləri və Türkiyənin sərhədləri xaricində hərbi əməliyyatlarının ABŞ hərbiçiləri ilə mümkün toqquşması riskləri də investorların diqqət mərkəzində saxlanılmaqdadır.
Belə ki, avro/dollar məzənnəsi 1.23 dolların altında ticarət edilməkdədir və gün ərzində bu səviyyənin altında qalarsa, 1.22 dollara kimi də ucuzlaşa bilər. Əmtəə bazarlarında da qızıl və neft qiymətləri də ucuzlaşıb. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1310 dollara kimi ucuzlaşıb və 1290 dollara kimi də dəyər itirə bilər. Avropanın «Brent» neftinin bir barel qiyməti isə 65 dollara kimi ucuzlaşıb və 64 dollara kimi də ucuzlaşacağı proqnozlaşdırılır.
P.S.: Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin 1 barelinin qiyməti 0,94 dollar və yaxud 1,36 faiz azalıb.
«Azeri LT CIF» markalı neftin qiyməti 68,18 dollar/barelə bərabər olub.