
Pezeşkianın məhdud çərçivəsi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
Azərbaycan lideri İlham Əliyevin “Yeni dünya nizamına doğru” forumunda verdiyi mühüm mesajlar
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forum
İlham Əliyev: “Biz Ermənistanın regiondan kənar güclərlə hərbi-siyasi ittifaqına imkan verməyəcəyik”
Prezident İlham Əliyev «ASAN xidmət» mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
AzərTAc xəbər verir ki, fərmanda qeyd olunur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən «ASAN imza» vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı «ASAN ödəniş» sistemi yaradılsın.
«ASAN ödəniş» sistemi aşağıdakıları təmin etməlidir:
- inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini;
- inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını;
- inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər
Nazirliyi ilə birlikdə «ASAN ödəniş» sisteminin təşkilini və fəaliyyətini təmin
etməli, aşağıdakı ödənişlərin həmin sistem vasitəsilə həyata keçirilməsini
aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etməlidir:
- inzibati cərimələrin yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə xüsusi ödəmə terminalları ilə ödənilməsini;
- yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələrin mobil telefon aparatları ilə ödənilməsini;
- məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsini.
Daxili İşlər, Ədliyyə nazirlikləri və aidiyyəti mərkəzi icra hakimiyyəti
orqanları «ASAN ödəniş» sisteminin təşkili məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyini zəruri informasiya resursları ilə təmin edəcəklər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yol hərəkəti qaydaları
əleyhinə olan inzibati xətalara dair işlərə baxılma qaydası və nəqliyyat
vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı şəffaf və
operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin
reyestrinin elektronlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər
məsələləri həll etmək tapşırılıb.